Mobil versiya
Mingəçevirdə balıqların ölüm səbəbi məlum olub
Tarix: 14-05-2018 | Saat: 17:38
Bölmə:Karusel / Ölkə | çapa göndər

Mingəçevirdə balıqların ölüm səbəbi məlum olub


Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölümü ilə bağlı sosial şəbəkədə yayılan görüntülərin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib.


Nazirlikdən aia.az-a verilən məlumata görə, baxış zamanı Goran körfəzinin dayaz sulu sahələrində çoxlu sayda ölmüş çapaq balığı müşahidə olunub. Balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə su anbarının müxtəlif nöqtələrindən su və balıq nümunələri götürülərək ümumi bioloji, morfoloji, fizioloji və histoloji analizlər aparılıb. Analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.


Bildiririk ki, körfəzin dayaz sulu sahələrində suyun temperaturunun yüksəlməsi, nümunələr götürülən günü balıqların yaşadığı mühitin fiziki-kimyəvi vəziyyətinin əlverişsiz (temperatur 19-21 dərəcə, pH-8,4 (norma 8), oksigen 4-5 mq/litrə (norma 6 mq/litrə)) olduğu müəyyən edilib və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması onların ölümünə səbəb ola bilər.


ETSN-nin Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun mütəxəssislərinin rəyinə görə son 10 il ərzində yaz aylarında balıqların kütləvi çoxalma miqrasiyası zamanı Azərbaycanın bir çox körfəzlərində (Dəvəçi limanı, Kiçik Qızıl Ağac körfəzi, Mingəçevir Su Anbarının kiçik körfəzləri), həmçinin Kür çayının aşağı axar axmazlarında müşahidə olunan balıqların oxşar kütləvi tələfi son dövrdə iqlim dəyişiklikləri, o cümlədən havanın qəflətən anomal istiləşməsi, balıqların yaşama su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi və bununla əlaqədar olaraq ən həssas olan çoxalma miqrasiyası prosesində balıq orqanizminin bu dəyişikliklərə evolyusion-genetik olaraq fizioloji uyğunlaşmaması ilə bağlıdır. Qeyd edək ki, çapaq balığı çoxalmaq üçün martın axırlarından başlayaraq may ayına qədər əsasən Mingəçevir Su Anbarının dayaz olan körfəzlərinə girirlər, burada çoxalır, sakit axan, sualtı bitkilərlə zəngin su mühitinə üstünlük verirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024