Mobil versiya
Dolu düşüb, dağlıq ərazilərə qar yağıb, bəzi çaylarda daşqın, sel olub – FAKTİKİ HAVA
Tarix: 12-05-2018 | Saat: 12:04
Bölmə:Manşet / Ölkə | çapa göndər

Dolu düşüb, dağlıq ərazilərə qar yağıb, bəzi çaylarda daşqın, sel olub – FAKTİKİ HAVA



Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mayın 11-i gündüzdən 12-i səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.



Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, ölkə ərazisində mayın 11-də gün ərzində, 12-də isə səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb.



Zaqatalada saat 15:08 radələrində dolu düşüb.



Yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.



Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-5 mm, Zaqatalada 120 mm (aylıq normanın 105 %-i), Balakəndə 57 mm, Sarıbaşda 51 mm, Kiçik Qafqazda 4-11, Mərkəzi-Aran rayonlarında 2-9, Qazax-Gəncə zonasında 3-57, Lənkəran-Astara zonasında 1-2, Kiçik Qafqazda 4-11, Naxçıvan MR-da 1-9, Bakıda və Abşeron yarımadasında 0.6 mm təşkil edib.



Havanın temperaturu mayın 11-də Bakıda iqlim normasından 3.5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, aran rayonlarında 22-27, dağlıq rayonlarda 12-16, Naxçıvan MR-da 16-21 dərəcə isti təşkil edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024