Mobil versiya
Zaqatala – bütün sahələrdə inkişaf təmin olunub
Tarix: 08-05-2018 | Saat: 12:16
Bölmə:Manşet / Ölkə | çapa göndər





Ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursu uğurla həyata keçirilməkdədir

Redaksiyamız daxil olan məlumatlarda bildirilir ki, hazırda Zaqatala rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bu məqsədlə rayonda abadlıq quruculuq işləri daha da sürətləndirilmişdir. Qeyd edək ki, bir neçə gün bundan öncə Zaqatalada görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da xatirəsi anılıb. Belə ki, aprel ayının 28-də Zaqatala şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan liseydə görkəmli alimin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdi.

Demək lazımdır ki, Zaqatala rayonu son illər daha dinamik inkişafı ilə diqqəti cəlb edən bölgələrdən birinə çevrilmişdir. O cümlədən, ötən illərdə olduğu kimi 2018-ci ilin birinci rübündə də rayonda yüksək göstəricilər əldə olunub. Bütün iqtisadi potensial səfərbər olunmaqla tikinti, abadlıq, quruculuq, sosial həyat sahələrində qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilib.Qeyd etmək lazımdır ki, bu gün məhz Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadənin səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Qısa aryış:

Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Qax şəhər 1 saylı orta məktəbini, 1970-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala maşın-melorasiya stansiyasında sahə mühəndisi kimi başlamışdır. 1976-1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsində rəis vəzifəsində çalışmışdır. 1979-1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olmuşdur. 1985-1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi, 1989-2007-ci illərdə Qax "Avtonəqliyyat" müəssisəsinin rəhbəri vəzifəsində çalışmışdır.
27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra etmişdir. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısıdır.

Dinamik inkişaf təmin edilir


Zaqatala – bütün sahələrdə inkişaf təmin olunub

Qeyd olunduğu kimi, bu ilin birinci rübündə Zaqatala rayonunda iqtisadiyyatın dinamik inkişafına nail olunub. Belə ki, həmin dövr ərzində rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 64 milyon 635 min manata çatıb. Məhsul istehsalı kənd təsərrüfatında 6,5 faiz, ticarətdə 23,5 faiz, rabitədə 10,7 faiz artıb, pərakəndə əmtəə dövriyyəsi 4,5 faiz, pullu xidmətlərin həcmi isə 2,3 faiz çoxalıb. Cari ilin ilk üç ayında rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1 dəfə artaraq 4 milyon 696 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə artaraq 4 milyon 443 min manat olub. Üç ayda rayonda 565-i daimi olmaqla, 585 yeni iş yeri açılıb.

İxracyönümlü istehsal müəssisələri yaradılır



Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin 2018-ci ilin 1-ci rübünün yekunlarına dair verdiyi hesabat məruzəsində də bildirilib ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda zəruri tədbirlər həyata keçirilir. Cari ildə rayonda 750 hektardan çox sahədə tütün əkilməsi proqnozlaşdırılır. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İxrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə mövcud fındıq bağlarının sahəsinin iki dəfə artırılması istiqamətində tədbirlər davam etdirilib. Belə ki, cari ilin yaz mövsümündə 352 hektar sahədə yeni bağlar salınaraq mövcud fındıq bağlarının sahəsi 18 min 503 hektara çatdırılıb.



Ənənəvi sahələrə xüsusi diqqət yetirilir




Təqdirəlayiq haldır ki, bu gün Zaqatalada ənənəvi sahələrdə unudulmur. Məsələn, belə sahələrdən olan baramaçılığın inkişafı istiqamətində tədbirlər cari ildə də davam etdiriləcək. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son iki ildə rayon ərazisində 276 minə yaxın tut tingi əkilib. Bundan başqa, daha bir ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi üçün son iki ildə rayonun Aşağı Tala kəndi ərazisində 167 hektar sahədə yeni gül plantasiyası salınıb, ərazidə damcılama suvarma sistemi quraşdırılıb. Hazırda mövcud 192 hektar gül plantasiyalarında aqrotexniki qulluq tədbirləri aparılır.Cari ilin birinci rübündə 10 min 933 hektar payızlıq taxıl sahəsinə aqrotexniki xidmət göstərilib, 3 min 837 hektar sahədə yazlıq bitkilər əkilib.



Yol infrastrukturu yenilənir





Həmçinin 2018-ci ilin birinci rübündə Zaqatala rayonunda avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri sahəsində də müəyyən işlər görülüb, şəhərin küçələrində cari təmir işləri aparılıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası işləri başa çatdırılıb. 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda 12 və 18 metr uzunluğunda iki körpü inşa edilib, 50-dək suötürücü boru quraşdırılıb, yolun torpaq yatağının və yol əsasının tikintisi işləri aparılıb. Eyni zamanda, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri işləri davam etdirilib.

Bu gün Zaqatalada gedən mütərəqqi prosesləri müşahidə etməklə bu qənaətə gəlmək olur ki, nə yerli sakinlər, nə də Zaqatala RİH-nin rəhbərliyi artıq əldə olunmuşn nailiyyətlərlə heç də kifayətlənmək niyyətində deyillər. Əminliklə demək olar ki, müvafiq dövlət tapşırıqlarını əldə rəhbər tutaraq, həm rayon rəhbərliyi, həm də zaqatalalılar rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bundan sonra da bütün imkanlarını tam səfərbər edəcəklər.

aia.az

Əhməd Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024