Mobil versiya
Paytaxtda səs-küy yaradan kafe CƏRİMƏLƏNDİ
Tarix: 28-04-2018 | Saat: 10:46
Bölmə:Karusel / Ölkə | çapa göndər

Paytaxtda səs-küy yaradan kafe CƏRİMƏLƏNDİ


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən "Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, kafedə aparılan ölçmə işləri nəticəsində səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024