Mobil versiya
Nazirlik Neftçalada reyd keçirdi - məsələni Baş Prokurorluq araşdıracaq
Tarix: 27-04-2018 | Saat: 10:10
Bölmə:Manşet / Ölkə | çapa göndər

Nazirlik Neftçalada reyd keçirdi - məsələni Baş Prokurorluq araşdıracaq




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-dən aia.az-a verilən məlumata görə, reyd zamanı Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolunun kökdən çıxarılaraq məhv edildiyi, 588 kub.m həcmində qumun qazılaraq aparıldığı, 600 kub.m həcmində münbit torpaq qatının korlandığı aşkar edilib.

Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğuna göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024