Mobil versiya
Cəlilabadda müəllim məktəbin süpürgəçisini zorlayıb
Tarix: 18-04-2018 | Saat: 14:11
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Cəlilabadda müəllim məktəbin süpürgəçisini zorlayıb


Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb.

"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib.

Belə ki, həmin məktəbin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmzlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.

Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.

Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024