Mobil versiya
Çılpaq şəkillərini internetdə yaymaqla qadını hədələyən şəxsin məhkəməsi
Tarix: 5-04-2018, 13:52 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Çılpaq şəkillərini internetdə yaymaqla qadını hədələyən şəxsin məhkəməsi


Cinayət məcəlləsinin Mülkiyyət Əleyhinə Olan Cinayətlər kateqoriyasına aid edilən 182.3.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə həbs olunan şəxs Ali Məhkəməyə müraciət edib.
Qurbanov Bəhruz Ələddin oğlunun şikayəti hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Cinayət işində zərərçəkmiş qismində Nadirli Günəş Məmmədli qızı və Nadirov Məmmədli Rəsul oğlu tanınıb.

Qeyd edək ki, cinayət hadisəsi 2015-ci ilin oktyabr ayında Şəki şəhərində baş verib. 2 nəfər şəxs Nadirli Günəş Məmmədli qızının lüt şəkillərini internetdə yayacaqları ilə bağlı hədə-qorxu gələrək, ondan 2000 manat pul istəyiblər.

Qızın atası dərhal polisi məlumatlandırıb. Daxil olmuş məlumat əsasında xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Şəki sakini Elşən Hüseynov və Sumqayıt şəhər sakini Bəhruz Qurbanov hədə-qorxu ilə tələb etdikləri pulu alarkən saxlanılıblar.
Əməliyyat zamanı o da məlum olub ki, şantal yolu ilə pul tələb edənlərdən biri-Elşən Hüseynov qızın yaxın qohumu olub. Elşən Hüseynov bildirib ki, qohumunun erməni ilə yazışdığını bilib və bundan sonra özü başqa bir adla onunla internet vasitəsi ilə yazışıb. Elə çılpaq şəkillərini də qız özü ona göndərib.

Səki rayon Polis Şöbəsindən verilən məlumata görə, Elşən Hüseynov adam öldürmə maddəsi ilə Rusiya Federasiyasının axtarışında olub.

Saxlanılanlardan digəri Bəhruz Qurbanov isə cəzaçəkmə müəssisəsindən qaçıb.

AİA.Az



5361 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-09-2019
12-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30