Mobil versiya
Bakıda ana öz uşaqlarına işgəncə verib - Komitə faktı araşdırır
Tarix: 04-04-2018 | Saat: 16:41
Bölmə:Ölkə | çapa göndər

Bakıda ana öz uşaqlarına işgəncə verib - Komitə faktı araşdırır


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda 3 uşaqlı ailədə valideynlərin övladlarına işgəncə verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Komitənin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz ƏliyevAzVision.az-a bildirib ki, faktla bağlı Xətai rayon icra hakimiyyətinin komissiyası iş aparır, məsələ araşdırılır.

"Hazırda komissiya ilə birgə iş aparırıq. Ailənin sosial vəziyyəti araşdırılır. Komissiya araşdırma apardıqdan sonra bizə məlumat veriləcək. Bundan sonra uşaqların taleyi ilə bağlı qərar qəbul olunacaq”.

Qeyd edək ki, Bakıda 3 uşaqlı ailədə valideynlərin övladlarına işgəncələr verməsi ilə bağlı məlumat yayılıb. Xədicə Mahirova adlı şəxs hadisə ilə bağlı yazıb: "Bacım işdən gələrkən, balaca bir oğlanın ağladığını görüb, səbəbini öyrənmək üçün küçədəki adamlardan maraqlanıb. Qonşular deyib ki, uşağın anası hər gün onu və iki bacısını evdə qoyub harasa gedir. Uşaqlara baxmır, yemək belə vermir, çimizdirmir, artıq uşaqların başlarında bit var. Gedib evə baxanda gördük ki, qapını iplə bağlayıb, peçi söndürüb, uşaqları yeməksiz qoyub gediblər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5315 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2020
01-06-2020
{sape_links}{sape_article}