Mobil versiya
Azərbaycanlı qadın “Youtube”in baş ofisinə hücum etdi, özünü öldürdü
Tarix: 04-04-2018 | Saat: 10:39
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Azərbaycanlı qadın “Youtube”in baş ofisinə hücum etdi,  özünü öldürdü


Amerikada "Youtube"nin baş ofisində atışma və intihar hadisəsi baş verib.



Femida.az xarici mətbuata istinadla xəbər verir ki, Nasim Ağdam adlı qadın ofisin yaxınlığında dayanaraq oraya atəş açıb, 3 nəfəri yaralayıb, sonra da özünü öldürüb.



Facebook və başqa sosial şəbəkələrdə bildirilib ki, Nasim Sabz adı ilə qeydiyyatda olan qadın heyvan haqlarını müdafiə edən aktivist olub.

Onun bu hərəkəti etməsinə səbəb kimi "Youtube"nin onun hesabını bloka atması göstərilir.
San Brunoda yerləşən ofisə hücum edən qadın hadisə şahidlərinin dediyinə görə təxminən 20 dəfə atəş açıb.


Qeyd edək ki, 39 yaşlı Nasim Ağdam hazırda aktiv olmayan “Youtube” hesabında özünü vegetarian cənubi azərbaycanlı və Veqanizmi irəli çəkən aktivist kimi təqdim edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024