Mobil versiya
Bakı polisinin xidmət rəhbərinin oğlu 6 il müddətinə azadlıqdan məhrum edildi
Tarix: 16-03-2018 | Saat: 12:58
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakı polisinin xidmət rəhbərinin oğlu 6 il müddətinə azadlıqdan məhrum edildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AİA.Az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən A.Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024