Ana Sayfa > Karusel / Ölkə > Bakı polisinin xidmət rəhbərinin oğlu 6 il müddətinə azadlıqdan məhrum edildi
Bakı polisinin xidmət rəhbərinin oğlu 6 il müddətinə azadlıqdan məhrum edildi16-03-2018, 12:58. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. AİA.Az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən A.Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. AİA.Az Geri dön |