Mobil versiya
Sumqayıtda satış müdiri işçisi tərəfindən bıçaqlandı
Tarix: 08-01-2018 | Saat: 09:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sumqayıtda satış müdiri işçisi tərəfindən bıçaqlandı



Sumqayıt şəhərində satış müdiri işçisi tərəfindən bıçaqlanıb.

aia.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində baş verib.

Məlumata görə, firmaların birində satış müdiri işləyən, Corat qəsəbə sakini, 30 yaşlı Rauf Rafiq oğlu Heybətov ilə işçisi, 25 yaşlı Mübariz Məmmədov arasında firmaya məxsus avtomobildə mübahisə yaranıb. Mübahisə zamanı M.Məmmədov satış müdirinə arxadan bıçaq zərbəsi vurub. R.Heybətov baş, boyun və üz nayihələrindən ağır bıçaq yarası alıb. Sürücü yaralını dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə Mübariz Məmmədovun satış müdiri Rauf Heybətovdan xəbərsiz məhsulları oğurlayaraq satması və dəymiş ziyanı geri qaytarmaq istəməməsi səbəbindən baş verib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024