Mobil versiya
Goranboyda davada ölən və yaralananların adları məlum oldu
Tarix: 05-01-2018 | Saat: 11:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Goranboyda davada ölən və yaralananların adları məlum oldu


Goranboy rayonunda baş verən kütləvi davada ölən və yaralananların adları məlum olub.

aia.az-ın məlumatına görə, rayonun Dəliməmmədli şəhəri ərazisində baş verən dava zamanı 1 nəfər qətlə yetirilib, 4 nəfər isə ağır bıçaq xəsarətləri alıb. Hadisə nəticəsində qəsəbə sakini 1995-ci il təvəllüdlü Zülfüqar Cabbarov qətlə yetirilib. Digər qəsəbə sakinləri - 1995-ci il təvəllüdlü Zeynəlabdin Həsənov, 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov, 1995-ci il təvəllüdlü Anar Hətami və 1993-cü il təvəllüdlü Nicat Əliyev ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxsləri qəsəbə sakini, 1995-ci il təvəllüdlü İsmayılov Rəvan Şəfran oğlu hələlik adları istintaqa məlum olmayan şəxs və ya şəxslərlə əlbir olaraq bıçaqlayıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.(trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024