Oğurlanmış qızılın bir hissəsi tapıldı
Tarix: 02-12-2017 | Saat: 16:41
Bölmə:Parlament | çapa göndər
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, cari il noyabrın 27-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətindən İmişli RPŞ-yə rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.
RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub.
Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025