Mobil versiya
27 yaşlı gənc bibisi tərəfindən ölümcül BIÇAQLANDI
Tarix: 16-11-2017 | Saat: 10:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

27 yaşlı gənc bibisi tərəfindən ölümcül BIÇAQLANDI



Tovuzda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, hadisə oğurluq üstə baş verib.

Bibisinin evinə qonaq gedən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Cavid Fəzail oğlu səhər saat 05:00 radələrində həmin evi qarət etmək istəyib.
Bu məqsədlə o maskalı vəziyyətdə evdə axtarışlar aparıb. Hadisədən xəbər tutan ev sahibi evinə oğru girdiyini hiss edib və həmin maskalı şəxsi yaxalayıb. Oğrunun başqa şəxs olduğunu zənn edən ev sahibi maskalı şəxsi bıçaqlayıb.

Bədəninin müxtəlif yerlərindən 3 bıçaq zərbəsi alan C.Qasımov təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Yaralının vəziyyəti ağırdır və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən qadın saxlanılaraq istintaqa təhvil verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024