Həqiqətdən naxış hörən müəllim
Tarix: 12-10-2017 | Saat: 15:04
Bölmə:Təhsil / Seçilənlər-5 | çapa göndər
..Cəmi bir neçə dəqiqə kifayət etdi ki, Şəcahan müəllimin 4-cü “d” sinfində yaratdığı qeyri-adi təlim mühitinin xoş aurası məni ağuşuna alsın. Və məndə belə bir fikir yaransın ki, Xarici Dillər Təmayüllü Gimnaziyazının bu kiçik bir guşəsində 30 nəfərə yaxın şagirdin sevimli müəllimləri ilə yaratdıqları qeyri-adi bir aləmə səyahət etmişəm. Bəs diqqətimi cəlb edən qeyri-adilik nədə idi? Şəcahan müəllim sinifdə buna necə nail olur? Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, müəllimin sinifdə yaratdığı mühit şagirdin təxəyyül imkanlarını hərəkətə gətirməyə, onun bacarıqlarını ümumiləşdirib konkret istiqamətə yönəltməyə hesablanmışdı. Sinifdə birinci dərs “Azərbaycan dili”ndən “”Lalə və Məryəm” mövzusu idi. Bu mövzunun incəliklərində xeyirxahlıq, sevgi, mənəvi sağlamlıq, psixoloji hazırlıq dayanırdı. Müəllim mövzunun verdiyi imkanlar və özünün ustalıqla yanaşması sayəsində uşaqları xeyirxahlıq duyğuları üzərində düşünməyə səsləyirdi. Xeyirxalıq hissi orta ümumtəhsil məktəblərinin birinci sinfindən uşaqlara aşılanmaqla onların mənəvi aləminin formlaşmasında mühüm təsirə malikdir. Amma mövzunun dərslikdə yer alması hələ işin hamısı demək deyil. Şəcahan Ramazanova mühüm mənəvi təsirə malik mövzuların tədrisini həyat həqiqətləri ilə əlqələli şəkildə öyrətməklə, şagird qəlbinin incəliklərinə
həqiqətdən naxış vurmağı bacaran müəllimdir. O, dərsdə elə bir şərait yaradır ki, şagird sanki dərsdə deyil, mövzuda hadisələrin cərəyan etdiyi həyatın özündədir. Bu hadisələr sanki onun öz ətrafında baş verir. Və şagird burada əsas simadır. Hadisələrin gedişini öz əlində saxlamağı, ona nəzarət etməyi bacarır. O, mövzu ətrafında qoyulan suallarla, tutaq ki, təkcə xeyirxahlıq duyğularını yetirmələrinin düşüncəsinə həkk etməklə kifayətlənmir, eyni zamanda, bu hisslərin elə dərsdəcə onların simasında meydana çıxarılmasına nail olur. Axı, ətrafda olan hər bir varlığın xeyirxahlığa, mənəvi dəstəyə ehtiyacı var. Xeyirxahlıq ən dəyərli mənəvi keyfiyyətdir.
Şəcahan müəllimin təlim prosesinə yanaşmasında diqqətimi çəkən maraqlı məqamlardan biri də budur: şagird dərs prosesinin əsas simasıdır. O, 20 ildən artıqdır ki, işlədiyi Xarici Dillər Təmayüllü Gimnaziyada təlimdə şagird müstəqilliyinə önəm verməklə ən yüksək nəticəni yetirmələrinin həyati bacarıqlara, mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi formalaşmalarında görür. Artıq uzun illərdir ki, Şəcahan müəllimin pedaqoji fəaliyyətinin əsasında məşhur italyan pedaqoqu, filosof, humanist, müəllim və həkim Mariya Montessorinin novator yanaşmaları dayanır. Mariya Montessori 1870-ci ildə İtaliyanın Karavalle şəhərində anadan olub. Mariya Mantessorinin elmi-pedaqoji fəaliyyətinin ideya istiqamətini şagirdlərin təlim prosesində müstəqilliyinin, fəallığının təmin olunması təşkil edir. O, dünyanın bir sıra ölkələrində özünün yenilikçi pedaqoji ideyalarını yaymış və uğur qazanmışdır. Şəcahan Ramazanova “İbtidai sinif şagirdlərinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi təcrübəsindən” adlı məqaləsində yazır ki, Mariya Mantessori kimi mənim də iş sistemimin mərkəzində şagirdin özü dayanır. Bu sistemdə uşaq özü-özünün müəllimidir. O, seçim etməkdə tamamilə sərbəstdir. Savadlı şagirdlər zəiflərin müəlliminə çevrilir. Uşaqlar səhv etmək hüququna malikdirlər. Lakin heç vaxt şagirdin uğursuzluğa düçar olmasına yol vermək olmaz. Bizim vəzifələrimizdən ən ümdəsi uşağa şəxsiyyət kimi formalaşması üçün öz potensial bacarığından istifadə etmək şansı verməkdir.
Doğrudan da, müşahidələrim boyunca Şəcahan müəllimin dördüncülərinin şəxsində hərtərəfli hazırlıq elementlərini görmək mümkün idi. Onların mövzudan doğaraq təqdim etdikləri kiçik hekayələrdə sözün həqiqi mənasında müstəqil düşüncədən yaranan ideya var idi. Və onların hər biri digərindən fərqlənirdi. Və bu fərqliliyin kökündə fərqli yanaşma tərzi və fantaziya dayanırdı. Onların hər biri məntiqi sonluqla bitirdi. Şagirdlər öz ideyalarını maraqlı həyat həqiqətləri, atalar sözləri, el məsəlləri ilə həm tamamlayır, həm də zənginləşdirirdilər. Hər bir şagirdin öz müəllimindən hansısa xüsusiyyətləri əxz etməsi şübhəsizdir. Xüsusilə ibtidai sinif şagirdləri müəllimlərini daha çox təlqin edirlər. Ona bənzəməyə çalışırlar. Şəcahan müəllimin şagirdləri də bu baxımdan istisna deyillər. Əslində dördüncülərdə müşahidə etdiyim yaradıcılıq meyllərini, cəsarətli fikir söyləmək, ideya meydana qoymaq bacarığını Şəcahan müəllim də müşahidə etmişəm. Onun “Əbrəhim meşəsinin şahzadəsi” hekayəsinə diqqət yetirmək kifayətdir ki, bədii təfəkkürü, eyni zamanda, uşaq psixikasına bələdliliyi haqqında fikir söyləyəsən. Yenə də “Lalə və Məryəm” mövzusuna qayıtmaq istərdim. Şagirdlər Lalənin və Məryəmin xüsusiyyətlərinin müvafiq olaraq mənfi və müsbət cəhətlərinə görə elə məharətlə xarakterizə etdilər ki, sanki onların iç dünyasına bələddirlər. Onları ətraflı tanıyırlar. Bunun da əsas var. Artıq 4 ildir ki, Şəcahan müəllim bu sinifdə də çoxdan başladığı ənənəni davam etdirir. Bu ənənə şagirdlərin söz ehtiyatlarının, dünyagörüşlərinin, yaradıcılıq meyllərinin inkişafına yönəlmişdir. Bu barədə bir qədər sonra bəhs edəcəm. Şəcahan müəllimin qeyd etdiyim hekayəsində təbiətə məhəbbət, etibarlılıq, sədaqət, vəfa, xeyirxahlıq hələ formalaşmaqda olan körpə uşaq qəlbinin mənəvi tərbiyəsi üçün ən mühüm məqamlardır. İnanıram ki, bu məqamların hər biri dördüncülərin mənəvi dünyasında əks olunmaqdadır. Necə ki, onlar bunu yazdıqları hekayələrdə, irəli sürdükləri fikirlərində biruzə verirdilər. İstər Azərbaycan dili, istərsə də riyaziyyat dərsi olsun – yaradıcı yanaşma, şagird amili ön planda dayanırdı... Ümumilikdə isə Şəcahan müəllim dərs prosesində yazı bacarıqlarını şifahi nitqin inkişafı ilə paralel aparır və məntiqi təfəkkürün inkişafını diqqətdə saxlayırdı. Sinfə elə suallar ünvanlayırdı ki, problem hamı tərəfindən dərk olunsun və onun açılması məntiqi nəticələrə gətirib çıxarsın. Eyni zamanda məntiqi təfəkkür formalaşdırsın. Hiss edirdim ki. Şəcahan müəllim geniş mütaliəyə malikdir. Bu, müəllim üçün ən mühüm keyfiyyətdir. Müəllim dərs prosesində şagirdə elə bir söz deməlidir ki, bu, onun üçün yeni olsun, elə bir problem stiuasiya yaratmalıdır ki, bu, onun ağlına belə gəlməsin, əks halda şagirdin marağını təmin etmək çox çətindir. Buna nail olmaq üçün isə müəllim mütəmadi olaraq öz savadını artırmalı, dünyagörüşünü inkişaf etdirməlidir. Şəcahan müəllimin sinifdə yaratdığı mühit də şagirdin məhz elmi marağının, həyati bacarıqlarının təmin olunmasına yönəlib. Bu məqamda onun yuxarıda qeyd etdiyim ənənəsinə diqqəti çəkmək istərdim. Bu ənənə “Kitab təqdimatı”dır. Şagirdlər kitab təqdimatına birinci sinifdən başlayırlar. Hər bir şagird, təbii ki, müəllimin verdiyi istiqamətlə, amma öz arzusuna müvafiq olaraq bədii ədəbiyyat seçib oxuyur. Həftədə bir dəfə keçirilən təqdimat günü şagird oxuduğu kitab haqqında 15 dəqiqəlik məruzə edir. Kitabı təqdim etdikdən sonra oradan sevdiyi bir parçanı oxuyur. Təqdimatdan sonra şagirdlər çıxışı qiymətləndirirlər. Mənim fikrimcə, Şəcahan müəllimin şagirdlərində müşahidə etdiyimyaradıcılıq meylləri, müstəqil ideya, fikir irəli sürmək bacarığı məhz sistemli olaraq mütaliə etmələrindən qaynaqlanır. Bədii ədəbiyyata maraq, söz ehtiyatının, dünyagörüşünün artması, dinləmək, dəyərləndirmək bacarığının formalaşması öz yerində...Qeyd edim ki, Şəcahan müəllimin dərsini dinlədiyin gün “Kitab təqdimatı”nın keçirilməsi də nəzərdə tutulmuşdu. Anar “Kitabi Dədə Qorqud” dastanını, Elmar “Səfillər”i, Maya “Aysu” əsərini, Kifayət “Baskervillərin iti”ni, Nabat “Şahzadə və dilənçi”ni, Adil “Amfibiya adam”, Əli “Robinzon Kruzo” kitabını təqdim etdilər. Kitabların təqdimatı sinifdə ədəbi mühit yaratmışdı, Sanki hamı həftəlik hesabatını verirdi. Ardınca daha bir maraqlı təqdimatın şahidi oldum. Bu. “Plakat təqdimatı” adlanırdı. Bu zaman Şəcahan müəllimin şagirdlərinin daha bir isdedad səhifəsi açıldı sanki. Elmar, Kifayət, Maya, İbrahim, Kamilə, Adil maraqlı rəsm işlərini nümayiş etdirdilər. Sinfin bədii ədəbiyyata, rəssamlığa bu dərəcədə meylli olması, doğrusu məni bir qədər təəccübləndirdi. Müasir uşaqlar bu gün daha çox informasiya-kommunikasiya texnologiyalarına üstünlük verirlər. Müəllimdən məharət tələb olunur ki, şagirdin marağını daha çox mənəvi inkişafı stimullaşdıran sahələrə yönəldə bilsin. Doğrudur, şagird zamanla ayaqlaşmalıdır. Amma müəllim çalışmalıdır ki, texnologiyaya aludəlik mənəvi inkişafa mənfi təsir etməsin. Şəcahan müəllimin sinfində həm də bunu müşahidə etdim. Təlimdə uğur əldə etməyin ən optimal yolu sinifdə normal pedaqoji-psixoloji mühit yaratmaqdan keçir. Bu mühiti yaratmaq müəllimdən bilik, təcrübə, eyni zamanda, şagird məhəbbətini qazanmaq bacarığı tələb edir. Şəcahan müəllim bu məhəbbəti qazanıb. Elə uğurlara yol açan da bu məhəbbətdir...
Böyükağa MİKAYILLI
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər