Varlılar əmlaklarını satıb Bakıdan qaçır
Tarix: 17-10-2015 | Saat: 16:25
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
İmkanlı təbəqə panikadadır
Paytaxtda brend mağazalar və digər obyektlər kütləvi şəkildə bağlanmasının səbəbi məlum oldu
Neft bumunun faktiki başa çatmasının ardınca ölkədə ciddi şəkildə hiss edilməyə başlayan iqtisadi böhran və “oliqarxqeyt” adı alan Beynəlxalq Bank işində yüzlərlə iş adamın maliyyə baxımından çökməsi varlı təbəqəni çətin seçim qarşısında qoyub.
Artıq bir neçə aydır ki, Bakıda əsasən varlılara məxsus brend mağazalar, iaşə obyektlərinin kütləvi şəkildə bağlanması müşahidə olunurdu ki, bu proses son günlər nəzərəçarpacaq həddə artıb. Paytaxtın Səməd Vurğun, Rəsul Rza, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Şamil Əzizbəyov, Bülbül və Ceyhun Hacıbəyli kimi mərkəzi küçələrində fəaliyyət göstərən brend geyim mağazaları əsasən varlı təbəqə üçün idi. Bu obyektlərin rəhbərləri də elə ya oliqarxlar, ya da onlara yaxın adamlardır. Bu obyektlərin işıq və istilik sistemlərinin aylıq pulu, üç-dörd gözəgəlimli model satıcı qızın əməkhaqqısı üç-dörd ailənin aylıq gəlirinə bərabər olurdu. Amma bu mağazalar bağlanmırdı və həmin üç-dörd varlı müştərinin səbəbinə gəlirlə işləyirdi. İndi isə bir çox bu kimi mağazalar fəaliyyətini birdəfəlik dayandırıb. Yalnız bəzilərinin üzərində “icarəyə verilir” kimi elanları asılıb ki, bu da vergi müfəttişləri üçündür…
Müştəri qıtlığı və böhranla üzləşib fəaliyyətini dayandıran bu mağazaların sırasına hər gün yeniləri qoşulur. Siyahıda kafe, çayxana, optika və gözəllik salonları, toy təşkilatçılığı ilə məşğul olan şirkətlər, turizm şirkətləri də var. Əgər bir paytaxtın mərkəzi küçələrində profilindən asılı olmayaraq mağazalar bağlanırsa, müştəri qıtlığı yaranırsa, sadə əhali orta və aşağı təbəqələr üçün olan “tolkuçka”lara belə getməyə pul tapmırsa, orta təbəqə “əriyib” kasıblayırsa, varlılar iqtisadi təsirlərdən panikaya düşüb əlində olan var-dövləti xilas etmək üçün vurnuxursa, demək, ölkə böhrana doğru gedir. Böhranda isə kasıbın itirəcəyi heç nə yoxdur, varlıların isə…
Bu ilin may ayında “kredit oliqarxlarının” işi adı almış proses varlılar üçün əsl “qiyamət” oldu. Onların irili-xırdalı şirkətləri müflisləşdi, qapıları bağlandı, əmlaklarına həbs qoyuldu. Nəzarət səhmlərinin 51 faizi dövlətə məxsus olan Beynəlxalq Bankda kredit borclularının bir çoxunun bütün pulları əllərindən ya alındı, ya da onların əvəzinə verilmiş dəyərli yüz milyonlarla hesablanan əmlakları indi girovdadır.
Beynəlxalq Bank işi üzrə cinayət işi başlayanda məlum olub ki, milyardlarla dollar krediti oliqarxların bir çoxuna borc müqaviləsi imzalanmadan ayırılıb. Beynəlxalq Bankın rəhbərliyinin bu “səhvini” neçə vaxtdır müstəntiqlər düzəltməyə çalışır, borclulara yenidən girov müqavilələri bağlanır. Məlumatlara görə, təkcə Beynəlxalq Bankda deyil, “Bank Technique” də bir çox varlıların əmlakı girovdadır. Varlıların əksəriyyətinin adı kredit qalmaqalında keçdiyindən bu əmlakların təbii ki, alıcısı da yoxdur.
Maraqlıdır ki, Türkiyə və Səudiyyə Ərəbistanı biznesmenlərinə bu əmlakları almaq təklif edilsə də, onlar da “batan varlılar”a kömək etmək istəməyiblər. Son aylar həm də məmur-oliqarxların da “sıxışdırılması” başlayıb, nəqliyyat naziri Ziya Məmmədovdan sonra daha bir neçə oliqarxın sıradan çıxarılacağı iddiası var. Bu da oliqarxlara yaxın varlıları daha da təlaşlandırıb.
Heç kimə sirr deyil ki, oliqarxların bir çoxunun ailə üzvləri Bakıda yaşamır. Bəzilərinin övladları isə Avropa ölkələrində məskunlaşıb, vətəndaşlıq alıb, hətta özlərinə xudmani biznes də qurublar. Amma iş orasındadır ki, indi varlıların bəziləri Azərbaycanda qazandıqları hər şeyi faktiki itirmək həddindədirlər: əmlakları girovda, pulları təhlükədədir. Üstəlik, bir çoxuna ölkədən çıxmaq yasağı qoyulub.
Hakimiyyətin rəsmi şəxslərinin açıqlamalarından çıxan nəticə budur ki, 2016-cı il çox çətin il olacaq. Bu vəziyyətdə isə çıxış yollarından biri ölkəni tərk etmək, bu krizisi daha rahat atlatmaqdır. Daha bir variant burada qazanılan qeyri-leqal pulu Azərbaycana yönəltmək, ya da birdəfəlik batmaqdır.
Məlumata görə, varlılar indi əllərində olan pulları müxtəlif yollarla leqallaşdırıb təcili şəkildə ölkədən çıxartmağa başlayıblar. İqtidar da baş verənlərdən narahatdır. Banklara xüsusi tapşırıq verilib ki, külli-miqdarda pul köçürmələri şübhə doğurarsa, dərhal rəsmilər məlumatlandırılsın.(musavat.com)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024