Bakı Ali Neft Məktəbində “partlayıcı“, “yanğın“ və “zəlzələ“ həyəcanı
Tarix: 16-10-2015 | Saat: 14:58
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
Bu gün Bakı Ali Neft Məktəbində (BANM) Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaq (ATGTİ) və BANM-in birgə təşkilatçılığı ilə Ali Məktəbin tələbələri və kollektivi üçün “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib
“Report”un xəbərinə görə, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Kənan Aşurlu iştirak ediblər.
Nəzəri və praktiki olmaqla iki hissədən ibarət keçirilən tədbir BANM-in rəhbər və işçi heyəti başda olmaqla, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, FHN-in digər 7 qurumunun, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının, tələbələrin və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbirin nəzəri hissəsində çıxı edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, BANM-in, FHN-in və ATGTİ-nin birgə təşkilatçılığı ilə keçirilən təlim kursları tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanmasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında töhfəsini verəcək. Həmçinin, rektor təhlükəli hadisələr zamanı necə davranılması, hansı tədbirlərin görülməsinin öyrənilməsi və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağın əhəmiyyətini qeyd edib.
FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Elşən Əliyev təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı məlumat verib.
Tədbirin praktik hissəsi zamanı FHN-in qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də BANM-in müəllim və tələbələrinin iştirakı ilə, FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilib.
Tələbələr hündür mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilmiş “partlayıcı qurğunun zərərsizləşdirilməsi”, “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatlarını izləyib.
Tədbirin sonunda BANM-in rektoru E.Qasımov tələbələr üçün keçirilən əhəmiyyətli təlimlərə görə təşkilatçılıqda dəstək göstərənlərə və tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib: "Artıq ikinci dəfədir ki, tələbələr fövqəladə hallar zamanı nəzəri və praktik cəhətdən təlim keçdi. Təlim çox uğurla başa çatdı. Belə təlimlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki tələbə və müəllim kollektivimiz fövqəladə vəziyyət və qəza zamanı özünü necə aparmalı olduğunu bilməlidir".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024