Mobil versiya
Gürcüstanın avtomobil bazarı çökür - SƏBƏB
Tarix: 04-05-2017 | Saat: 16:44
Bölmə:Şou-biznes / Manşet | çapa göndər

Gürcüstanın avtomobil bazarı çökür - SƏBƏB



Üçüncü ölkələrdən gətirilən avtomobillərin Gürcüstan üzərindən ixracı minimum həddə enib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, bir vaxtlar olduqca əlverişli biznesə çevrilən bu cür əməliyyatların həcmi kəskin azalıb.

2010-cu ildə Gürcüstandan 25 min ədəd nəqliyyat vasitəsi ixrac olunub ki, əldə olunan gəlirin həcmi 227 mln. dollar təşkil edib. Sözügedən biznes 2013-cü ildə pik həddə çatıb. Belə ki, Gürcüstandan 79 min ədəd nəqliyyat vasitəsi ixrac olunub və əldə olunan gəlir 703 mln. dollar təşkil edib. 2014-cü ildə Gürcüstan 49 min ədəd nəqliyyat vasitəsi ixrac etdiyi halda, 2015-ci ildə bu göstərici 20 min, 2016-cı ildə isə 16 minə enib. Paralel olaraq 3 il ərzində müvafiq qaydada 517 mln. dollar, 179 mln. dollar və 166 mln. dollar olub.

Heç kəsə sirr deyil ki, Gürcüstandan avtomobil ixracının kəskin azalmasının əsas səbəbi əsas ticarət tərəfdaşı olan ölkələrdə, o cümlədən Azərbaycanda qanunvericiliyin sərtləşdirilməsidir. Belə ki, Gürcüstandan əsas avtomobil idxalçısı olan Azərbaycan markasından asılı olaraq 2005-2014-cü il istehsalı olan avtomobillərin ölkəyə gətirilməsini qadağan edib. 2015-ci ildə isə idxal olunan avtomobillər üçün gömrük tarifləri artırılıb.

2015-ci ildə Ermənistan Avrasiya İttifaqına qoşulub. Beləliklə, Avrasiya İttifaqına daxil olmayan ölkələrdən Ermənistana gətirilən nəqliyyat vasitələri üçün əlavə rüsum tələb olunmağa başladı. Həmin səbəbdən Avrasiya İttifaqının 3 əsas üzvündən biri olan Qazaxıstan da Gürcüstanın avtomobil bazarından üz döndərib.

Son bir neçə ay ərzində Gürcüstan İranın diqqətini öz avtomobil bazarına çəkmək istəyib. Lakin bundan da bir şey çıxmadı - İranda mövcud olan dempinq qaydaları öz sözünü dedi.

Beləliklə, Gürcüstanda arda-arda irili-xırdalı avtodilerlər müflis olmağa başladı.

"Bu biznes artıq bizim üçün öz marağını itirib. Artıq vəziyyəti heç nə dəyişə bilməz", - deyə dilerlər bildirib.

Gürcüstanın Yol və Nəqliyyat Assosiasiyasının rəhbəri David Mesxişvilinin sözlərinə görə, Gürcüstan iri avtomobil ixracatçısı ünvanını itirib: "Bu, reallıqdır. Səbəbləri hamı bilir. Bizim əsas tərəfdaşlarımız Azərbaycan, Ermənistan və Qazaxıstan. Türkiyə əlaqə qurmağın mənası yoxdur. Tam aydındır ki, bu sahə artıq rentabelli deyil və olmayacaq".

Onun sözlərinə görə, bu bazara ən ciddi zərbəni Azərbaycan qanunvericiliyinin sərtləşdirilməsi vurub: "Gürcüstandan Azərbaycana əsasən köhnə, ucuz nəqliyyat vasitələri ixrac olunurdu. İndi isə bu cür avtomobillər heç kimə lazım deyil. Bu isə dilerlərlə ciddi zərbə vurdu. Məsələnin ən pis tərəfi odur ki, hadisələr qəfil, heç kəsin gözləmədiyi bir vaxtda baş verdi".

Onun sözlərinə görə, Gürcüstandan avtomobil ixracı ilbəil azalır. "2016-cı ilin müvafiq dövrü müqayisədə 2017-ci ilin I rübündə avtomobil ixracı 40% azalıb. Yaxın perspektivdə bazarı heç nə canlandıra bilməz", - deyə ekspert vurğulayıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024