YAP-ın VIII Qurultayı güclü dövlət və təhlükəsiz gələcək hədəflərini müəyyənləşdirdi
Tarix: 16-10-2026 | Saat: 10:56
Bölmə:Siyasət | çapa göndər

Elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır. Bu hadisələr insanı keçmiş haqqında düşünməyə, bu günü qiymətləndirməyə və gələcək qarşısında dayanan məsuliyyəti daha dərindən anlamağa sövq edir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da mənim üçün məhz belə bir siyasi hadisə oldu. Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən qurultayda iştirak etmək Azərbaycanın dövlətçilik tarixində qazanılmış nailiyyətlərə və qarşıdakı dövrün strateji vəzifələrinə bir daha nəzər salmaq imkanı yaratdı. Bu qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən ilk YAP qurultayı kimi xüsusi əhəmiyyət daşıyırdı.
Uzun illər xalqımızın milli arzusu olan torpaqlarımızın işğaldan azad edilməsi və dövlət suverenliyimizin tam təmin olunması müasir tariximizin ən mühüm hadisələrindəndir. Bu nəticəyə gedən yol isə böyük iradə, siyasi qətiyyət, güclü ordu və xalqın öz dövlətinə inamı sayəsində mümkün olub. Qurultayda iştirakım zamanı məni düşündürən əsas məsələlərdən biri Azərbaycanın qazandığı nailiyyətləri hansı yollarla qoruyub saxlaması və daha da möhkəmləndirməsi oldu. Çünki dövlətin qüdrəti yalnız müəyyən tarixi məqamda əldə etdiyi qələbə ilə deyil, həmin qələbənin yaratdığı imkanlardan gələcək naminə necə istifadə etməsi ilə də ölçülür. Bu baxımdan qurultayda səslənən fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinə məsuliyyətli yanaşmasının ifadəsi kimi diqqət çəkirdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışında təhlükəsizlik və hərbi güc məsələlərinin ön plana çəkilməsi təsadüfi deyildi.
Müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslər, müxtəlif bölgələrdə davam edən müharibələr və beynəlxalq hüququn tətbiqində müşahidə olunan çətinliklər hər bir dövləti öz təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə məcbur edir. Belə bir şəraitdə Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir hərbi imkanların inkişaf etdirilməsi və sərhədlərin etibarlı qorunması strateji əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında 2027-ci il üçün hərbi və təhlükəsizlik ehtiyaclarına təqribən 9 milyard manata yaxın vəsait nəzərdə tutulduğunun bildirilməsi bu sahəyə verilən önəmi göstərirdi. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması kimi vəzifələr də diqqət mərkəzində saxlanılırdı
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin ictimai düşüncəyə təsirinin artdığı bir dövrdə hər bir vətəndaşın məlumatı təhlil etmək, həqiqətlə yalanı fərqləndirmək bacarığı vacibdir. Gənclərin milli tariximizi, dövlətçilik ənənələrimizi və müasir Azərbaycanın inkişaf yolunu dərindən bilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Qurultayda diqqətimi çəkən digər istiqamət Azərbaycanın müstəqil xarici siyasəti ilə bağlı fikirlər oldu. Ölkəmizin müxtəlif dövlətlərlə əməkdaşlıq qurması, beynəlxalq təşkilatlarda fəal iştirak etməsi və milli maraqlarını qoruması müasir diplomatiyanın mühüm xüsusiyyətlərindəndir. Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əlaqələrini inkişaf etdirməsi onun beynəlxalq mövqelərini möhkəmləndirən amillərdən biridir. Belə münasibətlərin davamlılığı isə qarşılıqlı etimada, etibarlı tərəfdaşlığa və götürülmüş öhdəliklərə sadiqliyə əsaslanır. Müstəqil siyasətin əsas üstünlüyü ölkənin öz milli maraqlarını sərbəst müəyyənləşdirməsi və qərarlarını həmin maraqlara uyğun qəbul etməsidir. Azərbaycan üçün bu prinsip xüsusilə əhəmiyyətlidir. Bununla yanaşı, iqtisadi müstəqillik təhlükəsizliyin mühüm dayaqlarından biridir. Güclü iqtisadiyyat dövlətin müdafiə imkanlarını genişləndirir, sosial proqramların həyata keçirilməsinə şərait yaradır və beynəlxalq münasibətlərdə manevr imkanlarını artırır. Cənab Prezidentin çıxışında Azərbaycanın valyuta ehtiyatlarının 90 milyard dollara çatdığı, xarici borcun ümumi daxili məhsula nisbətinin 5,6 faiz təşkil etdiyi qeyd olunurdu. Bu göstəricilər iqtisadi və maliyyə dayanıqlığının qiymətləndirilməsi baxımından diqqətəlayiqdir. Bütün bu məsələlərin məntiqi davamı Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Qurultayda səsləndirilən məlumata görə, həmin ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılması, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirildiyini göstərirdi.
Mənim qənaətimcə, VIII Qurultayın mühüm mesajlarından biri də budur ki, təhlükəsizlik, iqtisadi inkişaf, sosial rifah və milli həmrəylik vahid dövlət strategiyasının tərkib hissələridir. Bu sahələrdən hər hansı birində zəiflik ümumi inkişaf tempinə təsir göstərə bilər. Buna görə də hər bir istiqamətdə ardıcıl, məsuliyyətli və uzaqgörən fəaliyyət vacibdir. Yeni Azərbaycan Partiyası da bu vəzifələrin həyata keçirilməsində öz məsuliyyətini dərk etməlidir. Partiya fəallarının fəaliyyəti cəmiyyətlə əlaqələrin möhkəmləndirilməsinə, gənclərin maarifləndirilməsinə, milli maraqların izahına və ictimai təşəbbüslərin dəstəklənməsinə xidmət etməlidir. Müasir dövrdə siyasi təşkilatın fəallığı yalnız tədbirlərin sayı ilə deyil, cəmiyyətə göstərdiyi fayda və yaratdığı etimadla qiymətləndirilməlidir. VIII Qurultaydan aldığım əsas təəssürat budur ki, Azərbaycan qazandığı tarixi uğurları qorumaqla yanaşı, gələcəyin çağırışlarına hazırlaşmalıdır. Güclü dövlət olmaq yalnız bugünkü imkanlara arxalanmaq deyil, sabah yarana biləcək riskləri qabaqcadan görmək, insan kapitalını inkişaf etdirmək və milli maraqları uzunmüddətli perspektivdə təmin etmək deməkdir.
Qurultayda iştirakım məndə belə bir qənaəti daha da möhkəmləndirdi: Azərbaycanın gələcək uğurları dövlətin gücü ilə cəmiyyətin birliyinin, siyasi qətiyyətlə iqtisadi dayanıqlığın, milli dəyərlərlə müasir inkişafın vəhdətindən asılıdır. Bu vəhdət qorunduqca, ölkəmizin təhlükəsizliyi və tərəqqisi naminə yeni imkanlar da genişlənəcək.
Eyvaz Süleymanov
Tovuz rayonu İsakənd kənd tam orta ümumitəhsil məktəbinin coğrafiya müəllimi, vətən müharibəsi iştirakçısı,YAP-ın VIII qurultayının nümayəndəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər