Tamam Cəfərova: “Azərbaycanın Türk dünyası, İslam aləmi və Cənubi Qafqaz arasında əlaqələrin inkişafında rolu durmadan artır”
Tarix: 17-09-2026 | Saat: 11:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi, müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı ilə eyni günlərdə Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi bu tədbirlərin məzmun baxımından bir-birini tamamlamasına imkan yaradır. Bu iki tədbirin məhz Bakıda və eyni vaxtda təşkil olunması Azərbaycanın Türk dünyası, İslam aləmi və Cənubi Qafqaz arasında siyasi, mədəni və mənəvi əlaqələrin inkişafında artan roluna diqqət çəkən mühüm hadisədir
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.
Fikirlərinin davamı olaraq, o qeyd edib ki, ölkə rəhbərinin səsləndirdiyi fikirlər mahiyyət etibarilə yalnız dini liderlərlə görüş çərçivəsində qiymətləndirilə biləcək mesajlarla məhdudlaşmır. Çıxışda Azərbaycanın Türk dünyası, İslam coğrafiyası və Qafqaz arasında yerləşən geosiyasi və mədəni mövqeyi, ölkənin regional əməkdaşlıqdakı rolu, Qarabağ münaqişəsindən sonrakı mərhələ və Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi bir-biri ilə əlaqəli şəkildə təqdim olunur.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Türk dünyasının və Qafqazın kəsişməsində yerləşən ölkə kimi mövqeyinə xüsusi diqqət yetirməsi, Seyid Yəhya Bakuvi ilə yanaşı Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərin irsini xatırlatması da təsadüfi olmayıb. Bu yanaşma Azərbaycanın tarixi və mənəvi irsinin yalnız milli deyil, Türk və İslam dünyası üçün də əhəmiyyət daşıdığını göstərən mesaj kimi qiymətləndirilir. Eyni zamanda, müxtəlif ölkələrdən dini rəhbərlərin Bakıda bir araya gəlməsi dini əməkdaşlığın ictimai və diplomatik münasibətlərdə oynaya biləcəyi rolu gündəmə gətirib.
Azərbaycanın belə bir toplantıya ev sahibliyi etməsi də ölkəmizin Türk dünyasındakı artan rolunun göstəricisidir. Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Qafqazın mühüm ölkəsi kimi müxtəlif coğrafiyaları və xalqları bir araya gətirən körpü rolunu oynayır. Bu xüsusiyyət Bakıda keçirilən görüşlərin əhatəsini və mesajlarını daha da genişləndirir.
Bu baxımdan Cənab Prezidentin çıxışında dini liderlərin müxtəlif ölkələrdən və regionlardan Bakıya toplaşmasını İslam həmrəyliyinin və mədəniyyətlərarası dialoqun mühüm göstəricisi kimi təqdim etməsi diqqəti cəlb edir. Toplantının iştirakçı coğrafiyasının genişliyi isə onun birləşdirici mahiyyətini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə yanaşı, Gürcüstan və Suriyadan, Şimali Qafqaz respublikalarından dini rəhbərlərin Bakıda bir araya gəlməsi Türk dünyası ilə Qafqaz və İslam coğrafiyası arasında əlaqələrin inkişafı üçün mühüm imkanlar yaradır.
Ölkə başçısının çıxışında İslam həmrəyliyinə çağırış və bu həmrəyliyin əldə olunması yolları göstərildi. İslam Həmrəyliyi Oyunlarından başlayaraq ICESCO və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən və həyata keçirilən təşəbbüslər Azərbaycan dövləti tərəfindən bu istiqamətdə davamlı addımlar atıldığını göstərir. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü də Azərbaycanın birləşdirici missiyasının davamı olacaq.
Prezident din xadimləri ilə görüşündə Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın davamlı olması haqqında yeni bir təşəbbüslə çıxış etdi. Davamlı platformalarda beynəlxalq tərkibli hər bir dialoq, fikir və təcrübə mübadiləsi həmrəyliyə açılan bir qapıdır. Azərbaycan öz qapısını həmrəyliyə, dostluğa və qardaşlığa açır.
Dini liderlərin müntəzəm dialoqu da bu mənada Türk dünyasında həmrəyliyin sosial və mənəvi bazasını genişləndirə bilər. Burada Azərbaycanın xüsusi rolu var. Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsidir, həm İslam dünyasında fəal mövqeyə malikdir, həm də müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı özünəməxsus təcrübəyə sahibdir. Buna görə Bakı yalnız görüşlərin keçirildiyi ünvan deyil. Azərbaycan müxtəlif coğrafiyalar, mədəniyyətlər və mənəvi dəyərlər arasında dialoq yarada bilən platformadır. Prezident İlham Əliyevin məsələyə yanaşmasında da mühüm məqam budur: ortaq mənəvi irs keçmiş haqqında xatirə kimi qalmamalı, gələcək əməkdaşlığın resursuna çevrilməlidir. Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirin irsinin beynəlxalq səviyyədə müzakirəsi göstərir ki, Türk və İslam dünyasının dünyaya təqdim edə biləcəyi çox zəngin intellektual və mənəvi xəzinə var.
Çıxışın digər mühüm istiqaməti Qarabağ məsələsidir. Ölkə rəhbəri Qarabağda 30 il davam etmiş işğalın nəticələrini, məcburi köçkünlük problemini, dağıdılmış yaşayış məntəqələrini və dini-mədəni irsin vəziyyətini geniş şəkildə gündəmə gətirir. Bu təqdimatda Qarabağ məsələsi yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tarixi problemi kimi deyil, eyni zamanda beynəlxalq hüquq, ərazi bütövlüyü, tarixi yaddaş və mədəni irsin qorunması məsələsi kimi çərçivələndirilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və dini-mədəni abidələrin bərpası bu siyasətin əsas komponentləridir. Nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri həmin proseslərlə yerində tanışlıq baxımından əhəmiyyət daşıyır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işləri dövlət başçısının çıxışında milli-mənəvi dəyərlərin qorunması ilə sıx əlaqələndirilir. Ağdam məscidinin bərpası ilə başlayan bu prosesin davam etdirilməsi, işğal zamanı zərər görmüş məscidlərin yenidən qurulması və Şuşada yeni məscidin inşası dini irsə göstərilən diqqətin nümunələridir. Məscidlərin bərpası yalnız memarlıq abidələrinin yenilənməsi deyil, həm də xalqın dini-mənəvi yaddaşının, tarixi kimliyinin və mədəni irsinin qorunması kimi təqdim olunur.
Beləliklə, Bakıda keçirilən iki mühüm tədbir Türk dünyasının mənəvi birliyinin, ortaq tarixi-mədəni irsinin və türk dövlətləri arasında əməkdaşlığın yeni müstəvilərdə inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu tədbirlərə ev sahibliyi etməsi isə ölkəmizin Türk dünyası, Qafqaz və İslam aləmi arasında dialoq və əməkdaşlığın təşviqində oynadığı rolu bir daha nümayiş etdirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026