Mobil versiya
ATƏT sədri aprel döyüşləri ilə bağlı bəyanat verdi
Tarix: 31-03-2017 | Saat: 13:24
Bölmə:Siyasət | çapa göndər

ATƏT sədri aprel döyüşləri ilə bağlı bəyanat verdi


ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub. AzVision.az ATƏT-in saytına istinadən xəbər verir ki, bu barədə Sebastian Kurzun bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, bir il əvvəl Dağlıq Qarabağ münaqişəsi zonasında son 20 il ərzində ən dəhşətli döyüş, zorakılıq, insan itkisi və əziyyətlərlə nəticələnən hadisə baş verib: “Bu, müharibənin sülh səylərini nə dərəcədə təhlükə altına almasının sübutudur. Bu halda biz tərəfləri atəşkəsi təhlükə altında qoya biləcək istənilən fəaliyyətdən çəkinməyə çağırırıq. Tərəflər öz öhdəliklərini yerinə yetirməli, beynəlxalq humanitar öhdəliklərə güclü şəkildə əməl etməlidir. Müharibə cinayətlərinə heç bir zaman haqq qazandırıla bilməz”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024