Mobil versiya
İlham Əliyev nazirliyə pul ayırdı
Tarix: 30-03-2017 | Saat: 18:28
Bölmə:Siyasət / Manşet | çapa göndər

İlham Əliyev nazirliyə pul ayırdı


Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və reabilitasiyası daim dövlətin diqqət mərkəzindədir. Yüksək vətənpərvərlik nümunəsi göstərərək yaralanmış hərbçilərimizin sağlamlığının bərpasına ötən dövr ərzində xüsusi qayğı göstərilmiş, onların müalicəsi istiqamətində səmərəli reabilitasiya tədbirlərinin həyata keçirilməsi təmin olunmuşdur.

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən vəsaitdən 2017-ci il ərzində təyinatı üzrə istifadə olunmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024