Putin Trampla görüşü haqda: "Bu, təxribatdır"
Tarix: 30-03-2017 | Saat: 16:52
Bölmə:Siyasət | çapa göndər
“Rusiya ABŞ-la tərəfdaşlıq münasibətləri qurmaq niyyətindədir, əks məlumatlar, fikirlər yalandır, uydurmadır və təxribatdır”.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Putin bildirib ki, ABŞ-da Rusiya əleyhinə oyunlar müəyyən qüvvələrin ölkədə öz siyasi mövqelərini möhkəmləndirmək üçün oynanılır.
Rusiya prezidenti hesab edir ki, ABŞ-ın yeni administrasiyası regional böhranların həlli üçün çalışacaq: “Əgər biz hansısa vasitələrlə təhlükəli, xüsusən regional münaqişələr vasitəsi ilə kimisə saxlamağa cəhd etsək bu qlobal münaqişələrə və fəlakətlərə gətirib çıxara bilər. Əksinə, istənilən növ münaqişələrin həll olunmasına çalışmaq lazımdır. Ümid edirəm ki, amerikalı tərəfdaşlarımız, həmkarlarımız məhz bu yola əməkdaşlığz üstünlük verəcəklər”.
Amerikalı həmkarı Donald Trampla görüşünə gəlincə, Putin Finlandiyada keçiriləcək Arktika sammitində onunla görüşməyə hazır olduğunu bildirib. Rusiya prezidenti Finlandiyanın forumun təşkil olunması və prezidentlərin görüşünün keçirilməsi üçün uyğun ölkə olduğunu vurğulayıb.
“Helsinki görüş üçün uyğun yerdir. Lakin buna hər iki tərəf yaxşı hazırlaşmalıdır. Əgər bu baş versə, biz o tədbirdə iştirakdan şad olarıq və mən də ora məmnuniyyətlə qatılaram. Hesab edirəm orada görüş baş tutmazsa “İyirimiliyin” sammitində adi görüş çərçivəsində də belə bir görüş baş tuta bilər”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024