Mobil versiya
Deputatdan Azərbaycanlı milyonçularla bağlı təklif
Tarix: 27-03-2017 | Saat: 15:12
Bölmə:Siyasət | çapa göndər

Deputatdan Azərbaycanlı milyonçularla bağlı təklif




Hər il dünyanın ən varlı adamlarının adları açıqlanır. Hesabatda onların sahibi olduğu milyardlar, illik gəlirləri göstərilir. Eyni zamanda iş adamlarının müəyyən sahələrə yatırımları da hesabatda öz əksini tapır. Azərbaycanda kifayət qədər zəngin insan olsa da, onların adları nədənsə reytinq siyahılarında qeydə alınmır.

Milli Məclisin deputatı Vahid Əhmədiov AzVision.az-a bildirib ki, burada əsas məsələ vəsaitin leqallaşmasıdır.

““Forbes” jurnalı rəsmi qaydada qeydiyyatdan keçən və öz vəsaitini rəsmi qaydada bildirən insanların adlarını açıqlayır. Çünki onların şirkətləri səhmdar cəmiyyətdir və səhmlərini banklarda saxlayır, müəyyən yatırımlar aparırırlar. Görünür, Azərbaycanda o səviyyəyə çatan, vəsaitini göstərən insanlar olmadığı üçün adları açıqlanmır. Uzun müddətdir ki, vəsaitin leqallaşdırılması ilə əlaqədar məsələyə toxunuruq. Artıq vaxt yetişib, dünyada çox ciddi iqtisadi böhran gedir, vəziyyət ağırdır. Sovet dövləti dağılandan sonra bəzi insanlar müəyyən qədər vəsait əldə etdilər. Çoxları o vəsaitləri xaricə çıxartdılar. Bu səbəbdən bir çoxları xaricdə müəyyən yatırımlar ediblər”.

Deputat pullarını gizlədən milyonçularla bağlı təklif irəli sürüb: “Azərbaycanda bu inkişafa təkamül vermək, investiya qoyulması üçün həmin vəsaitin leqallaşdırılmasını təklif edirəm. Hesab edirəm ki, həmin imkanlı şəxşlər vəsaitlərini ancaq Azrbaycana invetisiya yatırımı üçün sərf etməlidirlər, terrorizm, narkotika sahələrinə yox. Təklif edirəm ki, xaricdəki vəsaitlər Azərbaycana gətirilsin və ölkəmizin inkişafı üçün istifadə edilsin. Bu zaman həmin insanlar açıq şəkildə vəsaitlərini leqallaşdırıb, hesabat verəcəklər”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024