Mehriban Əliyeva iranlı nazirlə görüşüb
Tarix: 17-03-2017 | Saat: 17:22
Bölmə:Siyasət / Manşet | çapa göndər
Martın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AİA.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqları Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyindən və bu əlaqələrin qarşılıqlı hörmət əsasında qurulduğundan şad olduğunu bildirdi. Azərbaycan ilə İran arasında münasibətlərin tarixi köklərə əsaslandığını deyən xanım Mehriban Əliyeva Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bir çox sənədlərin imzalandığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bir çox sahələrdə qurulan əlaqələrdən danışan Azərbaycanın Birinci vitse-prezidenti humanitar sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu da söylədi və bu əməkdaşlığa dəstəyini verməyə hazır olduğunu vurğuladı.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik etdi, onun İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğuladı. Mahmud Vaezi xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu bildirdi, Fondun gördüyü işləri yüksək qiymətləndirdi. Ölkəmizdə Novruz əhval ruhiyyəsinin şahidi olduğunu deyən qonaq Azərbaycanda bu bayramın böyük təntənə ilə qeyd edildiyini söylədi və bayram münasibətilə təbriklərini çatdırdı.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024