Gürcü prezidentdən Azərbaycan və Türkiyəyə təklif
Tarix: 16-03-2017 | Saat: 15:25
Bölmə:Siyasət / Manşet | çapa göndər
"Azərbaycan-Gürcüstan-Türkiyə formatı çox effektivdir”.
Bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar:
"Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub. Gürcüstan Azərbaycan və Türkiyəyə açıq partnyorluq təklif edirik və gələcək inkişaf layihələrinə hazırıq”.
Prezident bildirib ki, V Qlobal Bakı Forumu çox maraqlıdır, çünki müxtəlif ölkələrin nümayəndələrinə təkcə region ölkələri qarşısında deyil, həm də bütün dünyanın qarşısında dayanan məsələləri müzakirə etməyə imkan verir. O, forumun yüksək səviyyədə təşkili və ənənəvi keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür edib: "Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu”.
G. Marqvelaşvili qeyd edib ki, ölkəsi qlobal təhlükəsizlik və sabitlik prosesinin tərəfdaşı olub: "Biz beynəlxalq əməkdaşlığa inanırıq. Bu qloballaşmış dünya sizin öz vətəninizin sabitliyinə də gətirib çıxaracaq. Biz Əfqanıstanda və Afrikada missiyalarda iştirak edirik. Gürcüstan ərazisi öz qonşusu, güclü nüvə ölkəsi olan Rusiya ordusu tərəfindən işğal olunub. Bizim ölkə qlobal təhlükəsizliyə töhfə versə də, özü də bundan əziyyət çəkir. Gürcüstan ərazisi işğal olunandan sonra eyni böhran Krımda da baş verdi, biz Ukraynada da bununla üzləşirik. Belə hallar bütün ölkələr üçün təhdiddir. Biz təcavüzü pisləməli, buna göz yummamalıyıq. Biz qlobal dünyanı sülh şəraitində saxlamaq istəyiriksə, beynəlxalq hüquqa inanmalıyıq”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024