Azərbaycan XİN Sarkisyanın cavabını verdi
Tarix: 14-03-2017 | Saat: 16:44
Bölmə:Siyasət / Karusel | çapa göndər
Ermənistan prezidenti Serj Sarkisyanın "İzvestiya" qəzetində dərc olunmuş “Təhlükəsizlik və davamlı demokratik inkişaf “ məqaləsinin “Müharibə, hərbi diktatura və sosial-iqtisadi tənəzzül” adlandırılması daha doğru olardı. İndiki Ermənistan rəhbərliyinin siyasəti və müharibə avantürası nəticəsində Ermənistan hazırda təcrid vəziyyətində, siyasi, sosial-iqtisadi və demoqrafik baxımdan böhran şəraitində olan dövlətdir.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məqaləni şərh edərkən deyib. XİN rəsmisi bildirib ki, Ermənistan rəhbərliyindən fərqli olaraq, real statistik rəqəmlər və beynəlxalq təsisatların hesabatları ölkədəki acınacaqlı vəziyyəti aydın şəkildə təsvir edir: "Son 8 ildə, elə Sarkisyanın prezidentliyi dövründə Ermənistanın xarici borcu 300 faizdən yuxarı artıb və ümumi daxili məhsulun 50 faizindən artığını təşkil edir. Xarici borcun real gəlirləri üstələməsi Ermənistanın tam defolta yaxınlaşmasının göstəricisidir. Beynəlxalq maliyyə təşkilatları bununla əlaqədar öz narahatlığını dəfələrlə ifadə edib. Ölkədə yoxsulluq 32 faiz göstərilsə də, reallıqda bu rəqəm 50 faizdən artıqdır".
H.Hacıyev qeyd edib ki, xaricdən alınan borcun müqabilində ölkədə davamlı inkişaf üçün nə iqtisadi baza, nə də ki infrastruktur yaradılıb: "Populist xarakterli sözlərdən fərqli olaraq, mövcud iqtisadi durum və iqtisadiyyatın potensial artım tendensiyası Ermənistan üçün heç bir nikbin perspektiv vəd etmir. Eyni tərzdə Ermənistan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələlər təhrif olunur. Münaqişənin həlli ilə əlaqədar beynəlxalq sənədlər və beynəlxalq ictimaiyyət bir şey deyir, Ermənistan rəhbərliyi tamamilə başqa şeydən danışır. İşğal, təcavüz və qanlı etnik təmizləmə törətmiş dövlətin başçısının beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrlərinin adından danışmağa heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur. Əgər həqiqətən Ermənistan beynəlxalq ictimaiyyətin iradəsinə uyğun olaraq münaqişənin həllində maraqlıdırsa, onda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əsasən işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarının dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını təmin etməlidir. Nəticə etibarilə münaqişənin fundamental əsasını təşkil edən hərbi işğal faktı aradan qaldırılmalı və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvo dəyişdirilməlidir. Amma reallıqda bunun tamamilə əksini görürük. Ermənistan münaqişənin həlli üçün substantiv danışıqlara imkan vermir, hərbi və siyasi təxribatlarını davam etdirir və hər vəchlə işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır. Ermənistan rəhbərliyi erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə münaqişənin real həlli üçün çalışması və düzgün siyasi iradə nümayiş etdirməsi daha faydalı olardı".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024