Mobil versiya
Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub - FOTO
Tarix: 14-03-2017 | Saat: 16:20
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub - FOTO


Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub.

AİA.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəldi.

Dövlətimizin başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşıladı.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşdü.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024