Prezident Parisdə görüşlər keçirir - Fotolar - Yenilənib
Tarix: 13-03-2017 | Saat: 11:34
Bölmə:Siyasət / Manşet | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “SUEZ” qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub. AzVision.az-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə “SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirildi.
Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olundu, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirildi.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb. Görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
İlham Əliyev Parisdə həmçinin DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb. Görüşdə Azərbaycan ilə DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirildi. Müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edildi, Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulandı.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi, “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşüb.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024