Mobil versiya
Ermənistanda seçki öncəsi müəmmalı təyinatlar
Tarix: 11-03-2017 | Saat: 13:09
Bölmə:Siyasət | çapa göndər

Ermənistanda seçki öncəsi müəmmalı təyinatlar

Ermənistanda Dövlət Gəlirləri Komitəsində davam edən kadr dəyişiklikləri seçkiqabağı dövrdə siyasi rəng almağa başlayır. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Bizim məlumatlara əsasən, Qafan vergi idarəsinin rəisi David Qalumyan tutduğu vəzifədən kənarlaşdırılıb. Onun yerinə nazirliyin digər əməkdaşı - David Davtyan təyin olunub. Yeri gəlmişkən, əvvəllər David Davtyan İrəvan və Gümrüdə vergi şöbəsinin rəisi işləyib. O, İcevan merinin qohumudur”.

Nəşr qeyd edib ki, bundan başqa cəmi bir neçə gün Arabkirin vergi idarəsinin rəis müavini işləmiş Surik Eloyan indi Erebuninin vergi idarəsinin rəisi vəzifəsinə təyin edilib:

“Maraqlıdır, görəsən, o neçə saat bu postda qalacaq? Komitədə Arutyunyanın kadr dəyişikliyini bu cür izah edirlər: yeni təyin olunmuş rəis idarəyə öz adamlarını gətirir, onlar isə bir qayda olaraq güclü, bacarıqlı kadrlar deyil” - nəşr yazıb.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024