Mobil versiya
Fazil Mustafa Bakıdakı “sulu qəlyan mafiyası”na qarşı ETİRAZA başladı
Tarix: 10-03-2017 | Saat: 14:09
Bölmə:Siyasət | çapa göndər

Fazil Mustafa Bakıdakı “sulu qəlyan mafiyası”na qarşı ETİRAZA başladı

“Bu gün gənclərimizi zəhərləyən və kütləvi şəkildə yayılan təhlükəli viruslardan biri də ayrı-ayrı çayxanalarda, kafelərdə, restoranlarda təklif olunan sulu qəlyanlardır. Xüsusilə də gənclərin orqanizmi üçün yeni xəstəliklərə rəvac verən qəlyan çəkmə vərdişinə alışdırmaq kimi məqsədyönlü fəaliyyət göstərən şəbəkənin də olduğunu açıqca söyləmək olar”.


Modern.az-ın məlumatına görə, bunu deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, adığı məlumatlara görə, bir çox hallarda bu qəlyanın su məhlulunun içinə uyuşdurucu xarakterli maddələr də atırlar ki, hər zaman yeniyetmələrdə tələbat yaransın və gəlib alıcı kimi pul xərcləsinlər.


“Əlbəttə, kiminsə biznes fəaliyyətinə qətiiyyən qarışmaq niyyətimiz yoxdur, çayınızı verin, yeməyinizi verin, xidmətinizi göstərin, pulunuzu qazanın! Allah gəlirlərinizi min qat artıq etsin! İcarə götürdüyünüz obyektlərin sahiblərinin yanında da heç vaxt üzü-qara olmayasınız! Ancaq bu yeniyetmələri, gəncləri belə təhlükəli vərdişə yoluxdurmayın, haçansa və mütləq bunun fəsadı öz övladlarınızın, yaxınlarınızın başında da çatlayacaq. Bu, əslində bizim başlatdığımız etiraz kampaniyasıdır, fikrimcə hamımız üçün ilk addım öz yaxınlarımızı, tanışlarımızı qəlyan çəkilən yerlərdən uzaq tutmaq olmalıdır! Anlayışla qarşılayan və dəstəyini əsirgəməyən hər bir vətəndaşımıza öncədən minnətdarlığımı bildirirəm”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024