Mobil versiya
Britaniya XİN rəhbərinin müavini Bakıda
Tarix: 06-03-2017 | Saat: 12:12
Bölmə:Siyasət | çapa göndər

Britaniya XİN rəhbərinin müavini Bakıda

Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Makdonald Azərbaycanda səfərdədir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, S.Makdonaldın səfəri Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Səfər zamanı nazir müavini bir sıra rəsmi şəxslərlə, o cümlədən Azərbaycan XİN-də görüşlər keçirəcək.

Bundan əlavə, S.Makdonald Heydər Əliyev Mərkəzini ziyarət edəcək və "ADA" Universitetində tələbələr üçün mühazirə oxuyacaq. Mühazirə zamanı o, "Brexit" və Böyük Britaniya üçün bu addımın nəticələri barədə məlumat verəcək.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024