“Azərbaycanla ABŞ-ı sıx dostluq münasibətləri birləşdirir”
Tarix: 02-03-2017 | Saat: 12:24
Bölmə:Siyasət / Manşet | çapa göndər
ABŞ-Azərbaycan diplomatik və işgüzar əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunan illik konfransı mühüm hadisə hesab edirəm. İnanıram ki, Amerika-Azərbaycan Ticarət Palatası Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına bundan sonra da öz töhfəsini verəcək.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-Azərbaycan Ticarət Palatasının (AATP) keçirdiyi ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Prezident deyib ki, Azərbaycanla Amerika Birləşmiş Ştatlarını sıx dostluq və əməkdaşlıq münasibətləri birləşdirir: "İqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində əməkdaşlığımız uğurla davam edir. 1995-ci ildən fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət Palatası bu proseslərin iştirakçısı olmuşdur. Mən də Ticarət Palatasının Himayədarlar Şurasının üzvü olaraq göstərdiyiniz səyləri dəstəkləyir və yüksək qiymətləndirirəm”.
Dövlət başçısının müraciətində bildirilib ki, yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri tərəfindən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 10 milyard ABŞ dollarından artıq, ümumilikdə isə 200 milyard ABŞ dollarınadək investisiya yatırılıb: "Görülən işlərin nəticəsidir ki, "Doing Business” hesabatına görə Azərbaycan biznesə başlamaq üçün dünyada ən yaxşı şərtlər təklif edən ilk 5 ölkədən biridir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə, MDB məkanında isə birinci yerdədir. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc etmişdir. Bu göstərici üzrə Azərbaycan birinci və ikinci yerləri bölüşür. Bu illər ərzində Azərbaycan öz tərəfdaşları ilə birgə Birləşmiş Ştatların tam dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi mühüm geostrateji layihələri həyata keçirmişdir. Hazırda biz Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə də Amerika-Azərbaycan Ticarət Palatası ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafında öz mühüm rolunu uğurla oynayacaqdır. Bu işdə Palataya yeni uğurlar arzulayıram”.(azvision)
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024