Konstitusiya Azərbaycan xalqının dövlətçilik iradəsini və demokratik inkişafını əks etdirir
Tarix: 13-11-2025 | Saat: 09:51
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dövlətçiliyi tarixində 12 Noyabr tarixi xüsusi əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur və müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşmasının rəmzi olaraq dəyərləndirilir. Konstitusiya, yalnız hüquqi sənəd deyil, həm də xalqın dövlətçilik ideallarının, demokratik prinsiplərinin və milli azadlıqlarının ifadəsidir.
Azərbaycanın konstitusiya quruluşu tarixi mürəkkəb və çoxsəviyyəlidir. 1918–1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin əsas qanunu qəbul edilə bilməmişdi. Buna görə də konstitusiya tariximizin ilkin mərhələsi əsasən Sovet dövrünə təsadüf edir. Azərbaycan SSR-in ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. SSRİ-nin yaradılması ilə əlaqədar olaraq 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər edilmiş, 1927-ci il martın 26-da isə Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiqlənmişdir. 1937-ci ildə isə SSRİ-nin yeni Konstitusiyasına uyğun olaraq Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyası isə Ulu Öndər Heydər Əliyevin mühüm təşəbbüsü ilə hazırlanmış və dövlət dili ilə bağlı əhəmiyyətli redaksiyalarla zənginləşdirilmişdir. Bu Konstitusiya 1995-ci ilə qədər Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını təşkil etmişdir.
1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə yeni hüquqi reallıqlar meydana çıxmışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Konstitusiya Komissiyası müstəqil Azərbaycanın əsas qanun layihəsini hazırlamışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın qəbulunu dəstəkləmiş, sənəd 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Bu tarixdən etibarən 12 noyabr Konstitusiya Günü kimi qeyd olunur. Bu hadisə Azərbaycan dövlətçiliyində hüquqi sabitliyin təminatı, demokratik prinsiplərin qorunması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm hüquqi baza yaratmışdır. O, insan və vətəndaş hüquqlarının qorunmasını əsas vəzifə kimi müəyyən etmiş, hakimiyyət bölgüsünü – qanunvericilik, icra və məhkəmə hakimiyyətini xalqın iradəsinə söykəmişdir. Konstitusiya həmçinin müasir idarəetmə institullarının, o cümlədən konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasını nəzərdə tutmuşdur. Dövlətin strateji istiqamətləri, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, cəmiyyətin demokratikləşdirilməsi, qanunların aliliyinin təmin edilməsi Konstitusiyada açıq şəkildə əks olunmuşdur.
Vətəndaşların hüquq və azadlıqlarına xüsusi diqqət yetirilmişdir. Konstitusiyanın qırx səkkiz maddəsi insan hüquqlarına həsr olunmuş, ölkədə yaşayan bütün vətəndaşların hüquq və azadlıqları – dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq – geniş təsbit edilmişdir. Azərbaycan Konstitusiyası sosial-siyasi reallıqlara uyğun olaraq bir neçə dəfə dəyişdirilmiş və təkmilləşdirilmişdir. 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar vasitəsilə Konstitusiyaya bir sıra mühüm dəyişikliklər əlavə edilmiş, idarəetmə sistemində yeni institutlar – o cümlədən Birinci vitse-prezidentlik yaradılmışdır. Bu yeniliklər dövlət idarəçiliyinin səmərəliliyini artırmış, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirmişdir.
Ulu Öndər Heydər Əliyev Konstitusiyanı “müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun” kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə vurğulamışdır ki, Konstitusiya “müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
12 Noyabr – Konstitusiya Günü yalnız hüquqi sənədin qəbulunu deyil, həm də Azərbaycan xalqının dövlətçilik iradəsini, milli azadlıqlarını və demokratik inkişafını əks etdirir. Bu gün hər birimiz üçün xatırlatma və məsuliyyətdir: dövlətimizin möhkəmliyi, qanunların aliliyi və vətəndaşların hüquq və azadlıqlarının qorunması – hər birimizin birgə fəaliyyətindən asılıdır. Azərbaycanın müstəqil və hüquqi dövlət kimi inkişafını təmin edən Konstitusiya həm tarixi, həm də çağdaş əhəmiyyətinə görə xalqımızın qürur mənbəyidir.
İlham Abbasov,
Goranboy rayon İcra Hakimiyyəti başçısının Börü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, YAP Goranboy rayon təşkilatının Börü ərazi partiya təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-04-2026