MÜDAFİƏ NAZİRİ ZAKİR HƏSƏNOVA AÇIQ MƏKTUB
Tarix: 17-02-2017 | Saat: 16:45
Bölmə:Gündəm / Manşet | çapa göndər
Hörmətli cənab Nazir!
Bu məktubu sizə ünvanlamağımın çox ümdə bir səbəbi var.
Əvvəla, bir-birimizi yaxından-uzaqdan yaxşı tanıyırıq, bir-birimizə qarşılıqlı hörmətimiz var və onu da qeyd edim ki, üstümdə böyük bir haqqınız da var.
Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə «Dolu» filmi çəkilərkən Müdafiə Nazirliyi filmi texniki cəhətdən təmin etməliydi, yəni əsgərlərlə, silahlarla, ağır texnikayla və sair və ilaxır. Çox təəssüf ki, həmin vaxt Müdafiə Nazirliyi öz üzərinə düşən öhdəliyi yerinə yetirmədi. Min bir bəhanə gətirərək çəkilişi az qala altı aya qədər yubatdı. Nəhayət, mənim xahişimlə hörmətli Əbülfəz Qarayev daxili işlər naziri hörmətli Ramil Usubova məktub göndərərək xahiş etdi ki, imkan daxilində nazirlik filmin çəkilişinə yardımçı ola bilərmi. Məktubun səhərisi günü mən və filmin direktoru cənab nazirin qəbuluna dəvət edildik. Nazir filmin çəkilişi üçün nazirliyin nədə yardımçı olacağı ilə maraqlandı, hamısını bir-bir qeyd elədi, sonra sizə telefon açaraq öz tapşırıqlarını verdi və məsləhət gördü ki, bizimlə görüşəsiz.
Filmin direktoru Nadir Əliyevlə cənab nazirin qəbulundan çıxandan sonra gəldik yanınıza. Müdafiə Nazirliyinin altı ayda görmədiyi işi bir saatın içində həll elədiz. Filmə məsləhətçilər ayırdınız, sizinlə və onlarla birlikdə bütün vacib məsələləri müzakirə elədik. Və ikicə gündən sonra telefon açdınız ki, Daxili Qoşunların əsgər və zabitləri və lazımi texnika artıq İsmayıllıda sizi gözləyir, çəkilişə başlaya bilərsiniz. Yəni bu filmin çəkilişinə sıradan bir vəzifə borcu kimi baxmadınız. Siz də, Daxili Qoşunların zabit və əsgərləri də filmin uğurlu alınması üçün əlinizdən gələni əsirgəmədiz.
Və bu filmin belə uğurlu alınmasına görə mən və bütün yaradıcı heyət şəxsən hörmətli nazirimiz Ramil Usubova, Daxili Qoşunların komandanı kimi sizə, Daxili Qoşunların zabit və əsgərlərinə özümüzü həmişə borclu bilirik.
Daxili Qoşunlarla həmişə təmasda olmuşam, həm Qarabağ savaşı zamanı, həm də sonralar. Daxili Qoşunlar həm nizam-intizamına, həm əsgərlərin döyüş qabiliyyətinə, həm də əsgərlərə diqqət və qayğıya və maddi-texniki bazasına görə fərqlənib.
Hörmətli cənab Nazir!
Sizi həm peşəkar bir hərbçi kimi tanıyıram, həm də bir vətənpərvər insan kimi. Sizin müdafiə naziri təyin olunandan sonra ordu quruculuğunda apardığınız islahatlar göz qabağındadı. Və aprel döyüşlərində də ordumuzun gücü və qüdrəti təkcə erməni işğalçılarına deyil, həm işğalçıların arxasında dayananlara, həm də bütün dünyaya sübut olundu.
Məsələ nədi?! Bəzi müharibə veteranlarının (bunlar az deyillər) bir problemi illərlədi həll olunmamış qalır. Özü də bu problemi həll etmək o qədər də çətin deyil.
Müharibə başlayanda Milli Ordu yoxuydu. Milli Ordunu Daxili Qoşunlar və qəhrəman polislərimiz əvəz edirdi və yüzlərlə də şəhid verdi. O qəhrəman polislərimizlə birgə vuruşanlar isə demək olar könüllülərdən ibarət idi. Onlar Azərbaycanın hər yerindən – Lənkəranından tutmuş Qubasınadək, Bakıdan tutmuş Qazaxınadək, hətta Naxçıvanın özü savaşın içində olmasına baxmayaraq, Naxçıvandan belə Qarabağa axışıb bu Vətəni qoruyurdular. Hətta onların çoxu öz cibinin puluna silah almışdı. Adamlar maşınını, evinin xalı-xalçasını satıb Gürcüstandan, Rusiyadan silah-sursat alıb Vətən namusunu qoruyurdu. Əgər bu gün bir araşdırma aparsaq görərik ki, 20 min şəhidimizin bəlkə də altmış faizi həmin könüllülərdi. Eləcə də 20 mindən artıq qazimizin də bəlkə də elə altmış faizi həmin könüllülərdi. Amma indi onlar öz halal haqlarını ala bilmirlər, yəni müharibə veteranı sənədini.
Həmin o qarışıq illərdə kimsə bir dəfə iki kisə kartof, üç kisə un əsgərlərimizə yardım aparırdısa (sağ olsunlar amma) hansısa yollarla müharibə veteranı sənədi alır və bu gün də yekə-yekə deyir ki, mən müharibə veteranıyam. Əslində bu gün bu da araşdırılmalıdır, qardaşım, sən hansı döyüşdə olmusan? Yəni bu yalançı müharibə veteranlarını üzə çıxarmağın özü də çox yaxşı olardı.
Amma üç il, dörd il səngərdə can qoyan könüllülər, yuxarıda qeyd etdiyimiz kimi, öz halal haqlarını ala bilmirlər. Savaş vaxtı bəlkə onlar da ala bilərdi, amma onda onları sənəd maraqlandırmırdı, torpaq maraqlandırırdı, vətən maraqlandırırdı.
Hörmətli cənab Nazir!
Mənə və eləcə də digər deputatlarımıza bəlkə yüzlərlə belə müraciətlər olur. Burda adlar da yaza bilərəm, lazım deyil. Məsələn, bu günlərdə mətbuatda bir müharibə veteranının müraciəti çap olunmuşdu. Könüllü gedib, sonra Milli Ordu yarananda orduya qəbul etməyiblər ki, səhhətin yol vermir. Amma onun xahiş və yalvarışlarından sonra qalıb könüllü vuruşmağına icazə veriblər. Özü də tank sürüb. Əlində də bütün sənədləri, ezamiyyə vərəqləri, tərxis olunma sənədi, amma hələ də ona müharibə veteranı adı verilmir. Bu könüllülərin əllərində hərbi biletləri var, hərbi biletlərində silahlarının nömrələri də qeyd olunub. Nə vaxt ordu sıralarından tərxis olunmağı da qeyd olunub, amma yenə müharibə veteranı adını ala bilmir. Həm bizim sorğularımıza, həm də özlərinin sorğularına gələn kəsə bir cavab var: arxivlərdə sizin adınız yoxdur!
O vaxt Müdafiə Nazirliyi hansı gündəydisə, arxivi də elə o gündəydi.
Özü də bu müharibə veteranları heç də hansısa bir imtiyaz üçün bu adı almaq istəmirlər, bu bir mənəviyyat məsələsidi. İnsan öz oğluna, qızına o sənədi göstərib bir qürur duymaq istəyir, nəslinin tarixinə yazmaq istəyir.
Hörmətli cənab Nazir!
Sizdən artıq dərəcədə xahiş edirəm, bu məsələ ilə ilgilənəsiz! Tapşırasız bir ciddi araşdırma aparsınlar, yalançı müharibə veteranlarını da üzə çıxarsınlar, əsl veteranlar da öz halal haqlarına qovuşsunlar.
Və onu da xüsusilə qeyd etmək istəyirəm ki, sabah savaş başlasa bir əli, ayağı olmayan qazilərimiz də, həmin veteranlar da könüllü olaraq cəbhədə ön cərgədə olacaqlar. Hətta öz halal haqlarını almasalar da.
Mən bunu aprel döyuşlərində gördüm. Həmin vaxt Ağdamda – cəbhə böldgəsindəydim. Yaşlarının keçməsinə baxmayaraq bu qazilər, bu veteranlar döyüşə atılmaq üçün bir himə bənd idilər.
Tanrı Ordumuzu qorusun! Tanrı əsgərlərimizi qorusun!
Hörmətlə;
Aqil ABBAS
Adalet.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024