"Azərlotereya"nın 18 yaşına çatmayan uşaqlarla nə işi? - Görünməmiş qanunsuzluq
Tarix: 20-04-2025 | Saat: 12:01
Bölmə:Ölkə | çapa göndər

“Sabah” Futbol Akademiyasının bölgələrdə istedadlı futbolçuların axtarışına “Azərlotereya”nın təşkilatçılığı ilə başlayıb.
Akademiyanın məşqçilər heyəti 24–25 aprel tarixlərində Göygöl Olimpiya İdman Kompleksində 2009–2015-ci il təvəllüdlü uşaqlar üçün baxışlar keçirəcək.
Bu barədə məlumat "Sabah" klubunun sosial şəbəkə hesablarında paylaşılıb.
Niyə məhz "Azərlotereya"nın təşkilatçılığı ilə? Bu işə qol qoyanlar, görəsən, hansı ağılın, hansı beynin sahibləridir? O qədər sponsoru olan klub başqası ilə birlikdə bu tədbiri keçirə bilməzdi?
2009 - 2015-ci il təvəllüdlü uşaqlar 10 - 16 yaşlılar deməkdir. "Azərlotereya"nın bu yaşda uşaqlarla işləməsinə hansı qanun icazə verib?
"Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən lotereya biletinin sahibi lotereya iştirakçısı sayılır. Yəni, Azərlotereyanın təşkil etdiyi tədbirlərə 18 yaşdan aşağı şəxslərin qatılması qadağandır.
Digər tərəfdən, həmin qanunun 8-ci Maddəsində deyilir:
8.1.3. Lotereyaların reklamında yetkinlik yaşına çatmayanlara müraciət olunması qadağandır;
8.1.4. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Baxın, "Azərlotereya" özünü reklam etməkdən ötrü kimlərdən istifadə edir? 10 - 16 yaşlı uşaqlardan!
Özü də harada? Uşaqların idmanın sirlərinə yiyələndikləri Olimpiya İdman Kompleksində!

"Azərlotereya"nın 2022-ci ildə şəhid ailələri üçün təşkil etdiyi "Əmanətə sədaqət" kampaniyası doğrudan da müsbət qarşılanmışdı. Bu layihə əsasında Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbələri olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanmışdı. 150 şəhid övladının! Amma onlar ali təhsil alanlar idilər və yaşları 18 və daha çox idi.
"Sabah" klubu ilə birlikdə 10 - 16 yaşlı uşaqlar üçün həyata keçirilən layihə isə heç bir qanuna sığmır.
Amma burada günah təkcə "Azərlotereya"da deyil, həm də bu qurumu uşaqlarla əməkdaşlığa cəlb edən "Sabah" klubu və onun rəhbərliyindədir.
Açsınlar, hərdən qanunu oxusunlar. Qanun baş məşqçi deyil ki, əlcək kimi dəyişəsən.
Heç olmasa bu cür - özlərinə sərf edən formada anlasınlar: Qanun onların özləri kimi toxunulmazdır.
P.S. "Azərlotereya"nın səhifəsində "Sosial məsuliyyət" bölməsinə göz gəzdirmək istədik. Amma orada bunlar yazılmışdı: "Səhifə tapılmadı ????" (sportnet.az)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2025