Mobil versiya
İsmayıllıda həkim intihar etdi
Tarix: 02-02-2017 | Saat: 20:37
Bölmə:Qərbi Azərbaycan / Karusel | çapa göndər

İsmayıllıda həkim intihar etdi




İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Qalacıq kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Bədirov Çingiz Sidqi oğlu yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürüb.

Uzun illərdir ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində stomatoloq həkim kimi çalışan Çingiz Bədirovun özünə qəsd etməsinin səbəbi, hələ ki, məlum deyil. Ailə üzvləri onun intihar etməsindən gec xəbər tutublar və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024