Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə növbəti görüşünü keçirib -Fotolar
Tarix: 16-02-2025 | Saat: 13:27
Bölmə:Karusel / Manşet / Ölkə | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Yuxarı Tala kəndində şəhid Hacıyev Həmidin yaşadığı evə gələrək anası Osmanova Mesed və ailəsinə baş çəkib.
Millət vəkili və nümayəndələr Yuxarı Tala kəndi ərazisində yerləşən “Pərzivan” çay üzərində yararsız vəziyyətdə olan körpünün yenidən qurulması işləri ilə tanış olub. Daha sonra Zaqatala rayon YAP-nin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
Deputat görüş zamanı vətəndaşların çoxsaylı müraciətlərini dinləyib. Bəzi məsələlər yerində həllini tapıb. Vətəndaşlar tərəfindən edilən müraciətlərdən Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilib.
Bundan başqa millət vəkili Asif Əsgərov qəbul zamanı olunmuş müraciətlərə əsasən aztəminatlı ailələrə ərzaq yardımı edib.
Eyni zamanda qaldırılan problemlərin həlli üçün göstərilən diqqətə və qayğıya görə Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident Ilham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Vətənimizin daha gözəl və qüdrətli olması, insanlarımızın daha xoşbəxt və firavan yaşaması ücün, onların gərgin və yorulmaz birgə fəaliyyətində hər zaman can sağlığı, böyük uğurlar və yeni-yeni qələbələr arzuladılar. Bir daha zaqatalalılara göstərilən münasibətə görə dərin təşəkkürlərini bildirdilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-02-2025