Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə yeni razılıq əldə olunub
Tarix: 14-01-2019, 17:19 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə yeni razılıq əldə olunub



Ankarada Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair görüş keçirilib.



Müdafiə Sənayesi Nazirliyindən Modern.az-a verilən məlumata görə, Türkiyənin Müdafiə Sənayesi Başkanlığında təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq həyata keçirilib.

Görüşdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak edib.

Görüş zamanı Türkiyənin təmsil olunan şirkətlərinin fəaliyyətləri ilə bağlı təqdimatlar keçirilib.


Tədbirdə Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edilib.

Sonda iclasın yekununa dair protokol imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyətini Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir qəbul edib.

aia.azшаблоны для dle 11.2



523 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

17-01-2019
16-01-2019
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
{sape_links}{sape_article}