Ana Sayfa > Siyasət > Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə yeni razılıq əldə olunub
Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə yeni razılıq əldə olunub14-01-2019, 17:19. Yazar: sevinc1 |
Ankarada Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair görüş keçirilib. Müdafiə Sənayesi Nazirliyindən Modern.az-a verilən məlumata görə, Türkiyənin Müdafiə Sənayesi Başkanlığında təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq həyata keçirilib. Görüşdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak edib. Görüş zamanı Türkiyənin təmsil olunan şirkətlərinin fəaliyyətləri ilə bağlı təqdimatlar keçirilib. Tədbirdə Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edilib. Sonda iclasın yekununa dair protokol imzalanıb. Səfər çərçivəsində nümayəndə heyətini Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir qəbul edib. aia.az Geri dön |