Mobil versiya
Hollivudun müharibəni qızışdıran hekayəsi/ABŞ-ın qlobal müdaxiləsinə yol açmaq
Tarix: 28-03-2024 | Saat: 18:40
Bölmə:Özəl | çapa göndər

Hollivudun müharibəni qızışdıran hekayəsi/ABŞ-ın qlobal müdaxiləsinə yol açmaq

Amerika kino sənayesi 11 sentyabr 2001-ci ildən sonra Hollivudun əvvəlki strategiyalarının birləşməsindən ibarət yeni strategiya qəbul etdi. Bu yeni strategiya nifrət və islamofobiyadan başqa heç nə ilə nəticələnmədi.

2001-ci il sentyabrın 11-dən əvvəl Amerikanın xarici düşmənləri ölkəyə “digəri” kimi uzaqdan təsir edirdi. “Düşmən” müharibə vaxtı şəhərləri dağıdıb, “Soyuq müharibə” dövründə isə şəhərləri ikiyə bölüb. Amma bütün bunlar hardasa uzaqda idi, Hollivud kinosunda təmsil olunması təəssüf və qorxu doğursa da, son nəticədə təhlükəsizliyi təmin edən bir yer idi. Bununla belə, 11 sentyabr hadisəsi Amerikanın təhlükəsizliyinin zəif olduğunu göstərdi və Birləşmiş Ştatların daha çox təhlükəsizlik və hərbi fəaliyyətinə zəmin hazırladı.

Bu dövrdə 11 Sentyabrdan əvvəl istifadə edilən bütün mövcud diskurslar “terrorla mübarizə” diskursunun ətrafında toplanmaya çağırılıb. Bu əvvəlki diskurslar bunlar idi: “İkinci Dünya Müharibəsində qlobal rol oynamaq”, “Soyuq Müharibə atmosferi ətrafında casusluq diskursu” və nəhayət, “Soyuq Müharibə bitdikdən sonra və 11 Sentyabrdan əvvəl Armageddon diskursu”.

Bu ideoloji sxemə uyğun olaraq, amerikalılar danışarkən “biz” və “onlar” əvəzliklərindən istifadə edərək özlərini “qrupdaxili”, digərlərini isə “qrupdankənar” kimi qütbləşdirirdilər.

Terrorla mübarizə diskursunun üç əsas ünsürdən ibarət olduğunu söyləmək olarsa: qurban, terrorçu və qəhrəman (döyüşçü), bu yeni diskursda hər üç keçmiş diskursun izlərini tapmaq olar.

Yenidənqurma və yeni qlobal rolun oynanması qurban, casusluq və terrorçu timsalında bölünmə, nəhayət, qəhrəman (döyüşçü) rolunda Armageddon diskursunun Hollivud filmlərinə qayıdış simasında formalaşır. İndi biz Hollivud kinosunun terrorla mübarizə diskursunu necə təbliğ edə bildiyini və bütün bu diskursların içərisindən ona etibar yarada bildiyini görməliyik.

1. Qurbanın təmsil olunması

11 Sentyabr hadisəsinin ən mühüm təsvirlərindən biri də qurbanların təsviri və onların iztirab və ağrılarına vurğu edilməsidir. Bu həm hadisədən əvvəl, həm də hadisə zamanı həlak olanların iztirablarını göstərməklə, sağ qalanların və yaxınlarını itirmiş ailələrin iztirablarını göstərməklə həyata keçirilib.

Bu səbəbdən də qurbanların şəxsi iztirablarının ictimai əzaba çevrilməsinə və yas mərasiminin ictimai arenada icrasına ciddi ehtiyac var idi.



2. Düşmənin (Başqasının) təmsili

11 Sentyabrdan sonrakı kinoda “başqasının” ən əhəmiyyətli təmsillərindən biri ərəb/müsəlman təsviridir. Body of Lies (2008), Charlie Wilson's War (2007), Rendition (2007), Hidalgo (2004), Syriana (2005) və Iron Man (2008) kimi çoxsaylı filmlərin hamısında terrorçu kimi təsvir edilən ərəb və ya müsəlman personajlar var. Amerika və ya Amerika fiqurlarına hücum edir. Bu, müsəlmanlarla əlaqəli terror hərəkatlarının qeyri-zorakılıq və terrorizmi olmayan İslam hərəkatlarının böyük əksəriyyəti ilə müqayisədə kiçik bir azlıq təşkil etməsinə baxmayaraq.

3. Qəhrəmanın təmsili

11 sentyabrdan sonrakı terrorla mübarizə diskursunda qəhrəman (döyüşçü) onları hər kəsdən fərqləndirən fövqəlbəşəri və məğlubedilməz keyfiyyətlərə malik deyil. Əksinə, müəyyən bir ideologiyanı ötürmək üçün yalnız müəyyən xüsusiyyətləri daşımalıdırlar. 11 sentyabrdan sonrakı bütün qəhrəmanların ötürməli olduğu ideologiya qisas və ölkə üçün fədakarlıqdır. Usamə bin Ladenin ovu və öldürülməsindən bəhs edən Zero Dark Thirty (2012) filmində adi, lakin israrlı qadın olan qəhrəmanın yeganə motivasiyası qisasçılıq və vətənpərvərlik hissidir.Bu üç elementi bir araya gətirməklə, 11 Sentyabr hadisəsi və onun nəticələrinin Amerika hekayəsi tamamlanır. Əsasən ərəb/müsəlman terrorçuların təsviri ilə terrorizmlə mübarizə diskursunu yaradan və ABŞ-ın arzuladığı İslamofobiyanın yayılmasına səbəb olan hekayə.

Və bütün bunlar Amerika və Qərbin İslam dünyasına müharibə qızışdırması, ekspansionizm və davamlı müdaxilələrinə haqq qazandırmaq üçün hekayələr yaratmaq idi.

Oxuduqlarınız Scientific Journal of Middle East Studies jurnalında dərc olunmuş məqaləyə (11 sentyabr 2001-ci ildən sonra Hollivud kinosunda “başqasının” təmsil olunması) əsaslanır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024