“EVRASCON” – Azərbaycanın beynəlxalq inşaat sektorunda vizit kartı
Tarix: 6-12-2018, 10:55 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

“EVRASCON” – Azərbaycanın beynəlxalq inşaat sektorunda vizit kartı


Bu gün ölkə ərazisində mövcud yolların təmir və bərpası, yeni yolların, körpü və tunellərin salınması bir tərəfdən Azərbaycanın iqtisadi inkişafının göstəricisi kimi çıxış edir, eyni zamanda da bu inkişafın hərəkətverici amillərindən biri kimi böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi respublikamızın bütün şəhər və rayonlarında quruculuq və abadlaşdırma işlərinin böyük vüsətlə həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu baxımdan “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin məhsuldar fəaliyyəti xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu fəaliyyət öz təzahürünü ölkə ərazisində körpülərin, avtomobil yollarının, tunellərin, hidrotexniki və meliorasiya qurğularının, energetika obyektlərinin, limanların tikintisində, neft sahəsində, mülki-sənaye tikintisində iri lahiyələrin həyata keçirilməsində, dirək bünövrələri və dərin özüllərin istehsalında, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində tapır...

Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» (keçmiş “Azərkörpü”) 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi başlamışdır. 2001-ci ildə keçirilmiş özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu almışdır. 2013-cü ildə "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətində keçirilmiş rebrendinq nəticəsində şirkət öz adını Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» adı ilə əvəz etdi. İşlərin yüksək keyfiyyəti və ən mürəkkəb layihələri öhdəsinə götürmək hazırlığı sayəsində, "EVRASCON" korporasiyası müxtəlif ölkələrdə özünü yaxşı tanıtdı ki, bu da adının daha universal bir adla dəyişdirilməsinə səbəb oldu.


“EVRASCON” – Azərbaycanın beynəlxalq inşaat sektorunda vizit kartı




... “EVRASCON” ASC-nin uğurlu fəaliyyətinin əsasını istənilən sahədə müəyyən olunmuş yüksək standartlara dəqiq uyğunluq təşkil edir. Bu siyasət maddi-texniki təchizat, layihə-konstruktor işləri, tikinti, şirkətin texniki xidmətləri tərəfindən obyektlərə nəzarət və onların keyfiyyətinin yoxlanılması hesabına uğurla inkişaf edir. Yerinə yetirilən işlərin yüksək keyfiyyəti, dünya inşaat texnikasının ən yaxşı nümunələri, tikinti sahəsində ən son nailiyyətlər, ixtisaslı çoxprofilli personal – “EVRASCON” ASC-nin uğurları məhz bu amillər sayəsində təmin olunur. Personalının ümumi sayı səkkiz min nəfərə yaxın olan korporasiyanın bütün strukturları qarşıya qoyulan vəzfələrin öhdəsindən ləyaqətlə gələrək ASC-nin ümumi iş göstəricilərinin yüksəlməsinə öz tövhələrini verirlər. Təsadüfi deyil ki, “EVRASCON”un bu fəaliyyəti istər dövlətimiz, istərsə dəictimaiyyət tərəfindən hər zaman kifayət qədər yüksək qiymətləndirilir. Bu arada bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün “EVRASCON” ASC-nin inşaat sektorunda sahib olduğu mövqeyə yüksəlməsində bilavasitə korporasiyanın rəhbəri Əfəndi İsmiyevin həm təcrübəli idarəçi, həm də peşəkar inşaatçı-mühəndis kimi xüsusi xidmətləri, böyük rolu vardır...

Əfəndi İsmiyev 1978-ci ildə Saratov Politexnik İnstitutunun körpü və tunellər fakültəsini bitirib. SSRİ Nəqliyyat Tikinti Nazirliyinin Yaroslavl şəhərindəki 6 nömrəli tikinti dəstəsində işləyib. 1985-ci ildən Bakı şəhərindəki 100 nömrəli Körpü-Tikinti Dəstəsinin baş mühəndisi, 1994-cü ildən isə rəisi vəzifəsində çalışıb. 1997-ci ildən “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinin sədridir. 2013-cü ildə "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətində keçirilmiş rebrendinq nəticəsində şirkət öz adını Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” adı ilə əvəz etdi. İnşaatın çox sahələrində bacarıqlı fəaliyyəti, işlərin yüksək keyfiyyəti və ən mürəkkəb layihələri öhdəsinə götürmək hazırlığı sayəsində “EVRASCON” korporasiyası müxtəlif ölkələrdə özünü yaxşı tanıtdı ki, bu da şirkətin adının daha universal bir ada dəyişdirilməsinə səbəb oldu. Hal-hazırda Əfəndi İsmiyev Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» ASC-nin Direktorlar Şurasının sədridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.

“EVRASCON” – Azərbaycanın beynəlxalq inşaat sektorunda vizit kartı



...Ötən illər ərzində Əfəndi İsmiyevin rəhbərliyi altında “EVRASCON” Korporasiyasının kollektivi “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, “Bakı-Supsa” qaz kəməri, Xəzər hövzəsində liman və yanalma körpülərinin (Aktau-Qazaxıstan, Bakı-Azərbaycan), Ukraynada Kiyev-Çop avtomobil yolunun 322–348 km sahəsinin tikintisi layihələrinin reallaşmasında aktiv iştirak etmiş, Bakı-Samur avtomobil yolunun 28–65 km sahəsində çoxsaylı körpü və yol ötürücülərinin, Bakı-Şamaxı avtomobil yolunda körpülərin və yeraltı keçidlərin, Tovuz dolama yolunda Tovuz çayı üzərində orijinal körpünün tikintisini başa çatdırmış və digər çoxlu sayda böyük layihələri reallaşdırmışdır.
Ümumiyyətlə fəaliyyət müddəti ərzində korporasiya həm Azərbaycanda, həm də ölkə xaricində müxtəlif obyektlərin tikintisi sahəsində böyük təcrübə qazanmışdır. “EVRASCON” Korporasiyası Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan, Moldova və Türkiyədə tikinti fəaliyyəti ilə də məşğuldur.

Bakı-Ələt yolunun 55 km-də Kür çayı üzərindən körpünün tikintisi (Salyan şəhəri); M6 Hacıqabul-Horadiz avtomobil yolunda Kür çayı üzərindən körpünün tikintisi (Şirvan şəhəri); Araz çayının yeni qolunun tikintisi; Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının su təchizatı üçün strateji əhəmiyyət kəsb edən Samur-Abşeron kanalı suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində “Taxtakörpü” su anbarının, uzunluğu 30 km olan “Vəlvələçay-Taxtakörpü” kanalının və uzunluğu 110 km olan “Taxtakörpü-Ceyranbatan” kanalının tikintiləri; Tovuzçay bəndinin tikintisi; Poylu stansiyasında Kür çayı üzərindən dəmir yolu körpü keçidinin tikintisi; Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci hissəsinin tikintisi; “Avtovağzal-Memar Əcəmi-2” keçid tunelinin qolunun tikintisi və Bakı metropoliteninin “Əcəmi-2” stansiyası üçün “qruntda divar” üsulu ilə divarların tikintisi; “20 Yanvar” metro stansiyasında böyük yolötürücünün, metronun “Koroğlu” stansiyası rayonunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişdiyi yerdə nəhəng yol qovşağının tikintisi; Bakı şəhərinin H. Seyidbəyli küçəsində böyük yaşayış kompleksi və sair kimi tikintilər “Evrascon” ASC-nin son böyük layihələridir.

“EVRASCON” – Azərbaycanın beynəlxalq inşaat sektorunda vizit kart


Demək lazımdır ki, bu gün “Evrascon” ASC Azərbaycanın ən böyük və təcrübəli tikinti şirkətlərindən biridir. Azərbaycanda və onun hüdudlarından kənarda çoxsaylı inşaat layihələrinin icrası ilə məşğul olan bu şirkət minlərlə ailənin qazanc mənbəyidir. Şirkət üzərinə götürdüyü layihələrin icrasını vaxtında və keyfiyylə yerinə yetirməyə çalışmaqla bərabər, öz fəaliyyətində Əmək Qanunvericiliyinin tələblərini əsas kimi götürürür və işçilərinin hüquqlarına, onların sosial müdafiəsinə diqqətlə yanaşır.

aia.az

Sənan Məmmədovшаблоны для dle 11.2



5409 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

14-12-2018
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
{sape_links}{sape_article}