Mobil versiya
Bakıda özünü öldürən şəxsin məktubu tapıldı: "Məni bağışlayın"
Tarix: 23-05-2016 | Saat: 12:13
Bölmə:Cəmiyyət | çapa göndər




Mayın 20-də Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Aia.az lent.az-a istinadən bildirir ki, Əmircan qəsəbəsində yaşadığı evdə intihar edən 59 yaşlı Kərim Əzizovun məktubu tapılıb. O, məktubunda bildirib ki, xəstəliyinin verdiyi ağrılara görə yaşaya bilmir: "Məni bağışlayın, ağrılara dözə bilmirəm. Kimsədə günah görməyin, artıq yaşamaq istəmirəm".

Qeyd edək ki, K.Əzizov xəstəliyi ilə əlaqədar bir neçə dəfə əməliyyat olunubmuş. Onun asılı vəziyyətdə qalmış meyitini mayın 20-si səhər saatlarında həyat yoldaşı aşkarlayıb.

K.Əzizov 2 uşaq atası olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024