Ana Sayfa > Parlament > Bakıda özünü öldürən şəxsin məktubu tapıldı: "Məni bağışlayın"
Bakıda özünü öldürən şəxsin məktubu tapıldı: "Məni bağışlayın"23-05-2016, 12:13. Yazar: admin |
Mayın 20-də Bakı şəhərinin Suraxanı rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Aia.az lent.az-a istinadən bildirir ki, Əmircan qəsəbəsində yaşadığı evdə intihar edən 59 yaşlı Kərim Əzizovun məktubu tapılıb. O, məktubunda bildirib ki, xəstəliyinin verdiyi ağrılara görə yaşaya bilmir: "Məni bağışlayın, ağrılara dözə bilmirəm. Kimsədə günah görməyin, artıq yaşamaq istəmirəm". Qeyd edək ki, K.Əzizov xəstəliyi ilə əlaqədar bir neçə dəfə əməliyyat olunubmuş. Onun asılı vəziyyətdə qalmış meyitini mayın 20-si səhər saatlarında həyat yoldaşı aşkarlayıb. K.Əzizov 2 uşaq atası olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Geri dön |