Mobil versiya
"Ay kişi, mən 40 ilin çəkəniyəm- tutulan şəxs (VİDEO)
Tarix: 5-05-2016, 13:48 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

"Ay kişi, mən 40 ilin çəkəniyəm- tutulan şəxs


"Ağrıya dözə bilmirdim, çəkəndə canım rahat olurdu"

"Bir ovuc toxum var idi, səpdim yerə, bu çıxdı"

Həyətində narkotik əkdi, gül kimi qələmə verməyə çalışıdı.

Bakı sakini polis tərəfindən saxlanılıb. Onun evindən 5 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, 60 yaşlı Vahid Bəhramov saxlanılıb. Onun yaşadığı Bülbülə qəsəbəsi, 2-ci bülbülə küçəsi, ev 24-də külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və çətənə kolları aşkarlanıb.

Saxlanılaraq idarəyə gətirilən Vahid Bəhramov dindirilərkən narkotiki öz istifadəsi üçün əkib-becərdiyini bildirib:

"Əkmişəm ki, özüm çəkim. Bir ovuc toxum var idi, səpdim yerə, bu çıxdı. Su da verdim, bir az böyüdü. Ay kişi, 40 ildir mən bunun çəkəniyəm. 4-5 aydır rak xəstəsiyəm. Ağrıya dözə bilmirdim, onu çəkəndə canım rahat olurdu, gecələr rahat yatırdım".

Lakin Vahid Bəhramovun evində narkotik vasitələri ölçmək üçün istifadə edilən tərəzinin aşkarlanması onun həmin narkotiki tək öz istifadəsi üçün əkməsi ilə bağlı fikrinin yalan olduğunu sübuta yetirir.

Artıq Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.




5495 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-11-2019
12-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930