Mobil versiya
Gürcüstanla sərhəddə 28 nəfərdə şübhəli əlamətlər aşkarlanıb
Tarix: 27-03-2020, 14:27 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Gürcüstanla sərhəddə 28 nəfərdə şübhəli əlamətlər aşkarlanıb






“Qırmızı körpü” və “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən ümumilikdə 156 nəfər müayinədən keçirilib.

FHN-də Aia.az-a verilən məlumata görə, müayinədən keçənlərdən 28 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib, digər şəxslərin karantin rejimində qalması təmin olunub.

Qeyd olunub ki, çadırlarının sayı 20-dən 60-a, çarpayılarının sayı 300-ə çatdırılan “Qırmızı körpü” və 20 çadır, 100 çarpayıdan ibarət olan “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Xatırladaq ki, Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov ötən gün adıçəkilən qəbul-çeşidləmə məntəqələrində olub, görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.



550 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

04-04-2020
03-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}