Mobil versiya
Baş infeksionist: Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb
Tarix: 17-03-2020 | Saat: 17:00
Bölmə:Səhiyyə | çapa göndər

Baş infeksionist:


Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirusa yoluxma halı müşahidə edilməyib.

C.İsayev əlavə edib ki, Azərbaycanda indiyədək qeydə alınan yoluxma hallarının hamısı gətirilmə hal olub:

"Azərbaycanda koronavirusa yoluxma halları əsasən, İrandan gələnlər arasında qeydə alınıb. Koronavirusa yoluxanların hamısının karantin rejimində saxlanılması təmin edilib".

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə