Mobil versiya
Topalhəsənli kəndində səyyar qəbul keçirilib - FOTOLAR
Tarix: 27-02-2020, 13:04 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Topalhəsənli kəndində səyyar qəbul keçirilib


Fevralın 27-də rayonun Topalhəsənli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Topalhəsənli kənd inzibati ərazi dairəsinə daxil olan Topalhəsənli, Şahsevən və Qaraqocalı kənd sakinləri iştirak ediblər.

Qəbulda giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov belə qəbulların ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Diqqəti ölkə rəhbərinin 12 fevral 2020-ci il tarixli Kürdəmir rayonuna səfərinə çəkərək vurğuladı ki, səfər çərçivəsində Kürdəmir rayonunda inşa edilmiş “ASAN Xidmət” mərkəzinin, “Xalça istehsalı emalatxanası”nın, “QLOBAL AQRO” MMC-nin aqroparkının və Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun açılışlarını həyata keçirib. Rayonumuza töhfə olaraq Cənab Prezidentimizin Sərancamları ilə şəhər 8 saylı Körpələr evi-uşaq bağçasının tikintisinə və 8 ədəd şəhər və şəhərətrafı avtomobil yollarının əsaslı təmirinə 3,0 milyon manat, 960 şagird yerlik şəhər 5 saylı tam orta məktəbin tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayırmışdır. Ceyhun Cəfərov rayonumuza göstərdiyi diqqət və qayğılara görə kürdəmirlilər adından ölkə Rəhbərinə minnətdarlığını bildirdi.

Kənd sakinləri istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsini, suvarma su təminatı, kəndin zinə suyunu axıdan kanalın təmizlənməsi, sosial müdafiə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

aia.az










599 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}