Mobil versiya
Şirvanda baş verən dəhşətli qətlin təfərrüatı: Sahib Pərvanəni də götürüb, evə qalxdı - VİDEO
Tarix: 27-02-2020, 09:45 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

Şirvanda baş verən dəhşətli qətlin təfərrüatı:


Ötən gün Şirvan rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.

Hadisə Sənaye zonasında baş verib. 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı - Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında qətlə yetirib.

O, həyat yoldaşını çarpayıda yatdığı halda boğaz nahiyəsinin əsas damarını bıçaqla kəsib. Çox qan itirən Pərvanə Nağıyeva hadisə yerində ölüb.

Pərvanə Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır.

Sahib Nağıyevin anası bildirib ki, hadisə zamanı o evdə olub:

“Saat 8-9 radələrində Sahib evə gəldi. Sonra ər-arvad yuxarı evə getdilər. Bir azdan oğlum qayıdıb gəldi. Soruşdum ki, Pərvanə hanı? Dedi ki, yatıb, qoy yatsın. Sonra Sahib təzə evi su basıb deyərək, uşaqlarını da götürüb gedib, biz gedirik evə baxmağa.

Suyu bağlayıb gəlirik. Mən də evdə tək qaldım. Gəlinin yanına getmədim ki, bir az əsəbidir. Qoy yatsın. Sonra bildim ki, gəlin ölüb. Mənim gəlinimin günahı yoxdur”.

aia.az





579 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}